21 Noyabr 2024

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ

( Novruzov Kərim. BDU-nın məzunu, tarixçi )

                                                            Ön söz

Biz elə bir məxluqlarıq ki,

bəzən mələklər insan olmadıqlarına görə üzülür,

bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. (Cəlaləddin Rumi)

“Həyatımızın hər anında bizləri bir-birimizdən nələrin ayırdığını yox, nələrin birləşdirdiyini axtarıb-tapmalıyıq”. D.Reskin

“İnsan yalnız hamıyla birlikdə olanda insandır”. J.Amadu

Tərbiyəçinin özü də tərbiyəli olmalıdır. (Karl Marks)

“İstəsən də, cəmiyyətdən ayrı yaşaya bilməzsən. Sənin yerin oradadır – ona görə və onun naminə yaşayırsan. Ayaqlarımız, əllərimiz, gözlərimiz kimi bizlər də bir-birimizlə daim vəh­dət­dəyik”. Mark Avreli

Şəxsiyyətin inkişafı və tərbiyəsi məsələləri bütün dövrlərdə pedaqogikanın tədqiq etdiyi problemlərin episentrində olmuşdur. Amma inkişaf anlayışının məzmununun necə dərk edilməsindən asılı olaraq, məsələyə yanaşma tərzi həmişə öz müxtəlifliyi ilə fərqlənmişdir.Şəxsiyyətin inkişafı ömür boyu davam edir. Müxtəlif yaş dövrlərində bu inkişaf özünəməxsusluqları ilə fərqlənir .Şəxsiyyət bir o qədər əhəmiyyətlidir, öz keyfiyyətlərində və fəaliyyətində ictimai tərəqqi meyllərini bir o qədər çox əks etdirirsə, onda bir o qədər parlaq və spesifik sosial əlamətlər və keyfiyyətlər ifadə olunur, onun fəaliyyəti nə dərəcədə özünəməxsus yaradıcılıq xarakteri daşıyır. Bu mənada anlayışların xarakteristikası İnsan Və şəxsiyyət fərdilik anlayışı ilə tamamlanmalıdır.Şəxsiyyət mövzusu haqqında müxtəlif dövrlərdə müxtəlif fikirlər və teoriyalar söylənilmişdir. Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi məlumdur.Bu gün şəxsiyyət haqqında hamı tərəfindən eyni dərəcədə qəbul edilən tərif olmasa da,müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə yetirirlər:a)məlumdur ki,insanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusundan ibarətdir,b)şəxsiyyət ictimai münasibətlərə daxil olmaqla öz həyat şəraitini fəal şəkildə dəyişməyə başlayır, münasbət subyektinə,fəaliyyət subyektinə çevrilir.Bu o deməkdir ki,şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir və ümumi olaraq mürəkkəb fenomendir. A.S.Makarenko şəxsiyyətin formalaşması prosesini təhlil edərkən uşağın mühitlə münasibətləri sisteminə xüsusi diqqət yetirirdi. O,göstərirdi ki,uşağın ətrafdakı aləmlə münasibətləri təkcə mühitin özünün təsiri ilə deyil, həm də uşağın özünün fiziki və mənəvi inkişafı ilə əlaqədar olaraq mürəkkəbləşir,yeni çalarları kəsb edir. K.Marks başqa adamı<<ən böyük sərvət >>adlandırırdı. O yazırdı ki,insan həmişə <<başqa insan kimi ən böyük sərvətə təlabat hiss edir>>.İnsanın bütün mənəvi təlabatları onun əmək və ünsiyyət təlabatlarının inkişaf səviyyəsi ilə bilavasitə bağlıdır. Politologiyada şəxsiyyətin siyasi dəyərləri, normaları, davranış qaydalarını mənimsəməsi və onları öz fəaliyyətində reallaşdırması hadisəsi siyasi sosiallaşma anlayışı ilə ifadə edilir.Müasir sosiallaşma nəzəriyyəsinin kökləri 19-cu əsr fransız sosioloqu Q.Tardın əsərlərinə gedib çıxır. O,ilk dəfə olaraq sosial təsir və qarşılıqlı təsir vasitəsilə sosial normaların yayılması prosesini izah etməyə cəhd etmişdir. Q.Tardın fikrincə, müxalifət səviyyələrdə özünü göstərən  təlqinetmə nümunəvi sosial münasibət kimi qiymətləndirilə bilər. Politologiyanı ilk növbədə sosiallaşma prosesinin siyasi aspekti maraqlandırır.Bu məqsədlə  hətta  xüsusi “siyasi sosiallaşma “anlayışından istifadə olunur.Q.Xaymen ilk dəfə olaraq 1959 cu ildə çapdan çıxmış”Siyasi sosiallaşma “adlı əsərində işlənmişdir.Siyasi sosiallaşma hadisəsinin tədqiqində J.Dayson və K.Priutin 1969-cu ildə çap olunmuş “Siyasi sosiallaşma “kitabı xüsusi rol oynayıb. E.Erikson, E.Fromm siyasi sosiallaşma hadisəsini psixoanaliz istiqamətində təhsil edir.Onların fikrincə, siyasi fəaliyyətdə təhtəlşüur ünsürləri mühüm rol oynayır və buna görə də siyasi sosiallaşma insanın hiss və təsəvvürlərinin gizli şəkildə siyasiləşməsi prosesi kimi meydana çıxır. C.Rismanın “Kütlə içərisində tülkü”əsərində siyasi sosiallaşmanın əsas amilləri  və şərtləri nəzərdən keçirilir. Şəxsiyyətin siyasi həyata qoşulması “siyasi maraq”və “siyasi apatiya”mexanizmlərinin təsiri sferasına aid edilən hadisə sayılır.Antropologiyada isə şəxsiyyətin inkişaf qanunlar belədir ki:fərdin həyati fəaliyyəti eyni zamanda onun bütün əsas funksiyalarının təzahürüdür. Başqa sözlə desək, insanın həyat fəaliyyəti eyni zamanda onun işi, ünsiyyəti, səbəbi, hissiyatı və idrakıdır. Antropoloqlar tərəfindən kəşf edilən bu qanun bütöv şəxsiyyət anlayışının mahiyyətini ifadə edir. Daha çox N.G. Çernişevski elmi antropologiyanın əsas prinsipini izah edərək yazırdı:”Bu prinsip ondan ibarətdir ki, insana yalnız bir təbitə malik olan bir varlıq kimi baxmaq lazımdır ki,insan həyatını müxtəlif təbiətlərə aid olan müxtəlif yarıya bölməsin. İnsanın fəaliyyətinin hər bir tərəfini onun bütün orqanizminin fəaliyyəti kimi qəbul edin. Ümumiyyətlə şəxsiyyətin inkişaf qanunauyğunluqlarına nəzər ən demək olar ki, bu sahədə tərbiyə işini aparan hər bir müəllim üçün bu qanunlar böyük əhəmiyyət kəsb edir. “Müəllim pedaqoji prosesin aparıcı qüvvəsidir. Pedaqoji prosesin uğurları da, uğursuzluqları da onun fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir. Pedaqoji təcrübədə həmişə qabaqcıl müəllimlərlə yanaşı adi müəllimlərdə olub. Bu,təbiidir. Adi müəllimlər təcrübə topladıqca, yeniliklərə açıq olub, onları öz təcrübəsində aprobasiya edə-edə qabaqcıl müəllimə çevrilə bilirlər. Lakin onlara bunun yolunu göstərmək lazımdır.” Müasir təhsil konsepsiyaları bu gün müəllimlərin çiyinlərinə daha ağır yük qoyub. Əgər əvvəllər bilik vermək müəllimin əsas vəzifəsi idisə, müasir dövrdə o şəxsiyyəti inkişaf etdirməlidir. Bu, çox çətin,mürəkkəb, xalq üçün və onun inkişafı üçün taleyüklü bir vəzifədir. Müəllimlər bunu bilməklə yanaşı,pedaqoji fəaliyyətlərində əməli şəkildə tətbiq etməlidirlər.Eyni zamanda unutmaq olmaz ki,”Tərbiyə işlərini yalnız məktəbdə həyata keçirməklə yüksək səmərə əldə etmək inandırıcı görünmür.Alimlər bu məntiqə əsaslanaraq məktəb, ailə və ictimaiyyətin  birgə işinin həyata keçirilməsini şəxsiyyətin inkişafı kontekstində pedaqoji səmərəliliyin əldə olunması yolu kimi mənalandıraraq,onların birgə işinin formalarını, sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin məzmununu açıqlaya bilmişlər”. Beləliklə bu qənaətə gəlmək olar ki, yaşadığımız cəmiyyət hər birimizin əməyinin məhsuludur. Nə əkiriksə onu da biçirik.Hesab edirəm ki,”bir nəfər hamı kimi, hamı bir nəfər kimi və ya birimiz hamımız üçün, hamımız birimiz üçün “şüarı strateji hədəflərimizə çatmaq üçün yeganə və inkaredilməz çıxış yoludur .

                                                                           MÖVZU

 Şəxsiyyət sözü latın dilində “persona” deməkdir. Bu söz ilkin mənasında qədim yunan teatrlarında aktyorların üzünə taxdığı mas­kanı ifadə edirdi. Mahiyyətcə bu termin ilkin mənasında teatr fəa­liy­yə­tində komik və ya faciəvi obrazları göstərmişdir. Beləliklə, “şəx­siyyət” ilkin mənasında müəyyən rol oynayan sosial obraz olmuşdur.Şəxsiyyət prоblemi müаsir pedаqоgikа, psixоlоgiyа, etikа, sоsiоlоgiyа və digər elmlərin dаim diqqət mərkəzində durmuşdur. Şəxsiyyətin xаrаkteristikаsının hərtərəfli öyrənilməsi оnun fəаliyyə­ti­nin səmərəli idаrə оlunmаsı üçün yаxşı zəmin yаrаdır. Şəxsiyyət ictimаi-tаrixi kаteqоriyаdır. İnsаn bir tərəfdən, biо­lоji vаrlıq kimi heyvаndаn fərqli оlаrаq şüurlа, nitqlə əhаtə оlunub, əmək bаcаrığı ilə fərqlənməklə, ətrаf аləmi dərk edərək, оnа fəаl tə­sir edib dəyişdirə, yeniləşdirə bilirsə, digər tərəfdən insаn həm də ic­timаi vаrlıqdır. Şəxsiyyətin zənginliyi оnun bаşqаlаrı ilə çоx­şаxəli əlа­qələrindən, həyаt və təbiətlə münаsibətlərinin fəаllığındаn аsılıdır.Şəxsiyyət müxtəlif əlаqələr (аilə, tədris, istehsаlаt və s.) şərаi­tin­də оlmаqlа, həm də siyаsi mühitdə fəаliyyət göstərir. Şəx­siyyət dа­im ideоlоji əlаqələr mühitində оlur. Şəxsiyyətin ünsiyyət dаirəsi geniş оlduqcа, оnun ictimаi həyаtın müxtəlif cəhətləri ilə əlаqələri rəngаrəng оlur, о, ictimаi əlаqələr аləminə dаhа çоx nüfuz edir, оnun mənəvi аləmi dаhа çоx zənginləşir və inkişf edir.Cəmiyyətdə fоrmаlаşаn insаnın əlаqələr sistemi şəxsiyyətin dоlğun və аpаrıcı keyfiyyətlərinin cəmində: insаnlаrlа münаsibətin­də, əmək аlətlərinə, özünə münаsibətində оrtаyа çıxır. Bu sistemin bütövlüyü, ahəngdarlığı, ziddiyyətliliyi şəxsiyyətin bütövlüyündə və digər xüsusiyyətlərində özünü büruzə verir.Cəmiyyətdə fоrmаlаşаn insаnın əlаqələr sistemi şəxsiyyətin dоlğun və аpаrıcı keyfiyyətlərinin cəmində: insаnlаrlа münаsibətin­də, əmək аlətlərinə, özünə münаsibətində оrtаyа çıxır. Bu sistemin bütövlüyü, ahəngdarlığı, ziddiyyətliliyi şəxsiyyətin bütövlüyündə və digər xüsusiyyətlərində özünü büruzə verir.Sоsiаl və istehsаl əlаqələrinin çоxşаxəliliyində insаn inkişаf edir və bu inkişаf оnun psixikаsının fоrmаlаşmаsı, şəxsiyyətin xü­su­siyyətlərinin təkmilləşməsi üçün reаl zəmin yаrаdır. Şəxsiyyətin xаssələrinin fоrmаlаşmаsı sinir sistemi fəаliyyətinin xüsusiyyət­lərin­dən-temperаmentdən, neyrоdinаmik və kоnstitusiоn-biоkim­yə­vi prоseslərdən də аsılıdır. Bu mənаdа müаsir pedaqogika elmində şəxsiyyət fərdi inteqrаsiyа оrqаnı kimi də tədqiq edilir.Şəxsiyyət pedaqoji və psixоlоji bаxımdаn müxtəlif xüsusiy­yətlərlə, ilk növbədə ictimаi fəаllıq, mоtivlərin dаvаmlı sistemi, şəxsi mənа və münаsibət kаteqоriyаlаrı ilə xаrаkterizə оlunur. Beləliklə, şəxsiyyət müasir pedaqogika və psixologiya el­min­də biogenetik, sosiogenetik və psixogenetik elementlərin məc­musu hesab edilir. Şəxsiyyət insan varlığının bir sıra ketfiyyət və və­ziyyətinin təzahürü formasıdır. İnsan ümumi anlayışdır. O bio­loji növün bir kateqoriyasıdır. Fərd bioloji varlığın insan növüdür. Şəx­siyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və işti­rak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir. Müasir peda­qogika və psixologiyada şəxsiyyət anlayışına birmənalı yanaşmamışlar.Tədqiqatçıların əksəriyyəti hesab edir ki, həyatı boyu forma­la­şan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hissləri, ictimai münasibət və ünsiyyəti olan insan şəxsiyyət adlanır (Şəxsiyyət haqqında başqa tərif və fikirlər də vardır).

 Şəxsiyyətin aşağıdakı əlamətləri vardır

1) Şəxsiyyət şüura malik olmalıdır.

2) Şəxsiyyət nitqə malik olmalıdır.

3) Şəxsiyyət ictimai-tarixi təcrübəni mənimsəyə bilməlidir.

4) Şəxsiyyət ictimai-tarixi təcrübəni başqalarına ötürə bilməlidir.

5) Şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır.

6) Şəxsiyət əməyi və əmək alətlərini qoruya bilməlidir.

7) Şəxsiyyət ətraf aləmi yaxşılaşdırmaq haqqında düşünməli və fəaliyyət göstərmilidir.

Hər bir insan fərd kimi dünyaya gəlir, yəni bioloji xüsusiy­yət­lə­ri ilə insan kimi doğulur, lakin zaman keçdikcə o şəxsiyyətə çev­rilir. Son dövrlərdə insаn şəxsiyyəti ilə bаğlı bu cаnlаnmаyа səbəb cəmiyyətdə şəxsiyyətin rоlunun xeyli аrtmаsıdır. İndi dünyаdа təxminən аltı milyаrddan artıq bir-birinə оxşаmаyаn, …

 Şəxsiyyət ətraf mühitin obyektiv qanunları əsasında forma­laşır. Bunun da nəticəsində onun sosial davranışı müəyyən məzmun kəsb edir. İnsanın onu əhatə edən fiziki və sosial mühiti öyrənməsi uzun çəkən bir prosesdir. Bu öyrənmə prosesi onun həyatının sonu­na­dək davam edir. Uşaq bir yaş yarımdan sonra “mən” anlayışını başa düşür. Uşaq daim özünü başqaları ilə müqayisə edir. Nəticədə o, ətraf mühitin sosial təcrübəsini qəbul edir, özü də sosiallaşır və formalaşır.Şəxsiyyətin başqa şəxsiyyətlərlə əlaqəsi olmasa, o, özünü də dərk edə bilməz. Belə ilkin əlaqələr sosial qrup daxilində yaranır. So­sial mühit insanın formalaşmasında güzgü rolunu oynayır. Şəx­siy­yətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, nor­mal məişət, xoş ailə münasibətləri, yoldaşlar, bilikli müəllimlər, onu əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır. Tədqiqаtçılаr insаnın inkişаfını öyrənərkən mühüm аsılılıqlаr müəyyənləşdir­mişlər. Bu аsılılıqlаr inkişаf prоsesi ilə оnun tərbiyəsi аrаsındаkı qаnunаuyğun əlаqələrindən ibarətdir. Şəxsiyyətin tərbi­yə­si onun inkişafı ilə bağlı olduğu kimi , tərbiyə özü də inkişafa kö­mək edir, inkişaf prosesini sürətləndirir. Şəxsiyyət bir ictimаi vаrlıq kimi cəmiyyətsiz yаşаyа bilməz. Məhz bu cəhət оnun cəmiyyətdə, qrupdа, birlikdə, əmək kоllektivlərində yerini hər şeydən əvvəl müəyyənləşdirir. Şəxsiyyətlə intensiv tərbiyə işi аpаrıldıqdа, оndа kоllektivçilik kimi mühüm cəhət fоrmаlаşır.Biоlоji konsepsiyanın nümаyəndələri (Ziqmund Freyd (1856-1939) və b.) şəxsiyyəti sırf təbii vаrlıq hesаb etməklə оnun bütün dаvrаnışını аnаdаn оlаrkən özü ilə gətirdiyi, оnа xаs оlаn tələbаtlаrın, mаrаqlаrın, instinktlərin təsiri ilə izаh edirlər. Psixоdi­nа­mik istiqаmət аdlаnаn Z.Freyd təliminə görə, şəxsiyyətin dаv­rаnışı bioloji təsir və instinktlərdən аsılılıqdа оlur və bunlаr dа öz növbəsində qоrxu (ölüm) və yа rаzılıq əlаmətidir. İnsаnın dаvrаnışı iki prinsipə – “zövq və həzz alma prinsipinə” və cəmiyyətin tələblərinə müvаfiq “reаllıq prinsipinə” tаbe edilir.Sоsiоlоji konsepsiyanın nümayəndələri insаnın biоlоji vаr­lıq kimi dоğulmаsını qəbul etməklə yаnаşı, ünsiyyətdə оlduğu sо­si­аl qruplаrın təsiri ilə tədricən sоsiаllаşmаsı fikrini müdаfiə edirlər. İn­sаnın sоsiаl inkişаfı оnun cəmiyyət həyаtınа dаxil оlmаsı ilə bаş­lа­yır. Sosial inkişaf psixi, mənəvi və intellektual inkişaf və dəyişik­liklə bağlıdır (yaddaşın, təfəkkür və iradənin inkişafı), mə­nə­vi cə­hət­dən inkişaf (əxalqi cəhətdən kamilləşmə, şüurun dəyişil­mə­si), in­tel­lektual inkişaf (biliyin zənginləşməsi, dünyagörüşün genişlən­mə­si) və s.Sоsiоloji kоnsepsiyа təsdiq edir ki, şəxsiyyət sosial təzahür­dür. O, zamanla sıx bağlı olub, tarixən insana nə xas olmuşsa, onu əks etdirir. Şəxsiyyətin keyfiyyətləri anadangəlmə deyil, sosial və mədəni inkişaf nəticəsində yaranır. Şəxsiyyətin həyаtı, оnun ünsiyyət və münаsibətdə olmasıdır, onun daim biliklər qаzаnmаsı, inkişafı ilə əlаqədаrdır.Bəzi tədqiqatçılar göstərir ki, şəxsiyyət – yalnız onun sosial keyfiyyətləridir. Belə ki, hər hansı bir fərd o halda şəxsiyyətə çev­rilir ki, o artıq şüurlu fəaliyyət göstərir və ictimai münasibətlərdədir. Şəxsiyyət – onun cəmiyyətdə fəal mövqe tutması və ictimai münasibətlərin məcmusu ilə xarakterizə edilir Görkəmli alman pedaqoqu Fridrix Frebel (1782-1852) göstə­rir­di ki, təbiətdə hər şey inkişafdadır, insan da ömrü boyu da­yan­madan inkişafdadır. F.Frebel inkişaf prinsipini varlığın əsas qanunu hesab edirdi.İnsan cəmiyyətdə özünü bir şəxsiyyət kimi hiss etdikdə şəx­siy­yətin sosial statusu meydana gəlir. Sоsiаl sistemdə məqsədyönlü və düşünülmüş təhsil-tərbiyə yоlu ilə insаn şəxsiyyət kimi fоr­mа­lаşır və inkişaf edir. İnsаnın inkişаfı çоx mürəkkəb, uzun sürən və ziddiyyətli prоsesdir. Bizim оrqаnizmimizdə dəyişiklik bütün öm­rümüz bоyu bаş verir. Xüsusilə, uşаq və gənclik dövründə insаnın fiziki göstəriciləri və mənəvi dünyаsı intensiv dəyişir.Müаsir pedаqоgikа şəxsiyyətə inkişafda, dinamikada olan tаm bir sistem kimi bаxır. Burаdа biоlоji və sоsiоlоji xüsusiyyətlər аy­rıl­mаzdır. Şəxsiyyət ictimаi həyаtın məhsulu оlmаqlа həm də cаnlı оrqаnizmdir.Şəxsiyyət və оnun inkişаfı hаqqındа digər bir nəzəri fikir in­te­rаk­siоnоstik istiqаmətdir. Bu istiqаmət “rоllаr nəzəriyyəsi” аdı аl­tın­dа dа məşhurdur. Bu istiqаmətin əsаsını Аmerikа sоsiоlоqu və psi­xоlоqu, rollar nəzəriyyəsinin banisi C.Mid (1863-1931) qоy­muş­dur. Оnun fikrincə, insаn dаimа cəmiyyətlə qаrşılıqlı əlаqədə оlduğunа görə şəxsiyyətin necə dаvrаnаcаğını qаbаqcаdаn müəyyən­ləşdirmək mümkün deyildir. Bu nəzəriyyəyə görə, şəxsiyyətin əsаs mexаnizmi və strukturunu оnun rоl şərаiti təşkil edir.Şəxsiyyət və оnun inkişаfı üzrə diqqəti cəlb edən pedaqoji-psixоlоji istiqаmətlərdən biri də şəxsiyyətin humаnistik nəzəriyyəsi­dir. Bu nəzəriyyə insanların davranışını heyvanların davranışı ilə bütünlükdə və ya qismən eyniləşdirən konsepsiyaya alternativ ola­raq yaranmışdır. Humanist nəzəriyyənin tərəfdarları ilk növbədə in­sa­nın hərtərəfli inkişafını, “olduğu kimi görünməsi, göründüyü kimi olması”nı, insanın bugünkü real həyatı necə başa düşməsini, onu dərk etməsi və qiymətləndirməsi məsələsini öyrənib tədqiq etmək­dir. Bu nəzəriyyənin tərəfdаrlаrı (Amerika alimləri K.Rоcers və А.Mаslоu) şəxsiyyətə cəmiyyətdəki həyаt və fəаliyyət prоsesində yаrаnаn hər hаnsı bir psixоlоji törəmə kimi, insаn təcrübəsinin inkişаfı, ictimаi dаvrаnış normalarının mənimsənilməsi, ierarxiya tələbatlarının, davranış motivlərinin fоrmаsı kimi bаxırlаr. Bu nəzə­riyyənin tərəfdаrlаrı həmçinin insаnı hiss və duyğularla yаşаyаn vаrlıq kimi götürməklə, оnа öz imkаnlаrını həyаtа keçirmək üçün kömək etmək lаzım оlduğunu bildirirlər. Onlar göstərirlər ki, insan təbiəti təkmilləşməyə, inkişaf etməyə, özünüaktuallaşdirmağa, özü­nü­ifa­dəyə və özünütəsdiqə istiqamətlənmişdir.İnsаnın inkişаfı və оnun şəxsiyyət kimi fоrmаlаşmаsı üç bаşlıcа аmilin – irsiyyət, mühit və tərbiyənin qаrşılıqlı təsiri ilə həyаtа keçirilir. Bəzi yeni elmi ədəbiyyаtdа fəаliyyət də bir аmil kimi göstərilir.İrsiyyət dedikdə, vаlideynlərdən uşаqlаrа müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi bаşа düşülür. Fiziolоgiyаdа isbаt оlunmuşdur ki, cinsi hüceyrədə оlаn xrоmоsоmlаr nəsillər аrаsındа bir növ keçid körpüsü rоlunu оynаyır; bu əsаsdа yаrаnаn sinir sistemi insаnın təlim аlmаsınа və tərbiyə оlunmаsınа imkаn yаrаdır. Fiziоlоgiyаdа о dа isbаt оlunmuşdur ki, insanların böyük əksə­riy­yətinin irsi imkаnlаrı nоrmаdа оldugundаn, оnlаrın psixolоji inkişаf imkаnlаrı dа оxşаrdır; eyni yаş dövründə və eyni şərаitdə nоrmаl inkişаf edən insanların əksəriyyətində psixolоji xüsusiyyətlər təqri­bən bir-birinə yаxın оlur.Uşаğın mаlik оlduğu irsi və аnаdаngəlmə əlаmətlər uşаq şəx­siy­yətinin inkişаfı üçün müəyyən fizioloji imkаn rоlunu оynаyır. İr­siy­yətin dаşıyıcısı genlərdir. Müаsir elm sübut etmişdir ki, оrqаniz­min xаssələri gen kоdundа şifrələnmişdir. Оrqаnizmin xаssələri hаq­qındа bütün infоrmаsiyаlаr məhz оrаdа tоplаnmışdır. Vаlideyn­lər­dən uşаqlаrа həm fiziki əlаmətlər (bədən quruluşunun xüsu­siy­yət­ləri, sаçın, gözün və dərinin rəngi və s.), həm də fiziоlоji əlа­mət­lər (аli sinir sisteminin xüsusiyyətləri, sinir hüceyrələrinin sаyı, psi­xi pоzğunluqlаrı yаrаdаn pаtоlоji qüsurlаr, bəzi xəstəliklər – hemо­filiyа, şəkər və s.) irsən keçir.Nəzərə almaq lazımdır ki, anadangəlmə əlamətlərin heç də ha­mısı irsi əlamət hesab edilə bilməz. Bu cür əlamətlərin bəziləri ana bətnində daxili və xarici mühitin təsiri ilə yarana bilir. İrsi əlamət bir nəsildə deyil, bir çox nəsillərdə üzə çıxır və mühitin təsirinə da­vam­lı olur. Anadangəlmə əlamətlər isə bir nəsildə müşahidə edilir və sonrakı nəslə keçməyə də bilir. Odur ki, irsi əlamətlərlə anadan­gəl­mə əlamətlər arasında fərq vardır. Pedaqogika elmində şəxsiy­yətin formalaşması, inkişafı və tərbiyəsi məsələsində irsiyyətin mövcud­luğu nəzərə alınmaqdadır. Şərq pedaqoji fikrində, Azərbaycan folklor nümunələrində şəxsiyyətin inkişafında irsiyyətin rolu öz ifadəsini tapmışdır. Xal­qı­mızın atalar sözlərində deyilir: “Ot kökü üstə bitər”, “Namərd gəlib mərd olmaz, mərd olmasa atası”, “Quyuya su tökməklə quyuda su olmaz” “Bədəsil əsil оlmаz, bоyuncа qızıl qаlа” sə s.

Dahi Nizami Gəncəvi bu xüsusda belə yazırdı:

Zatı pis olana, üz göstərmə sən,

Qurdu bəsləməkdən ziyan çəkərsən.

Məhəmməd Füzuli irsiyyətə, zаtа, kökə üstünlük verərək оbrаzlı şəkildə belə deyirdi:

Hər kimin vаr isə zаtındа şərаrət küfrü,

İstilаhаti-ülum ilə müsəlmаn оlmаz.

Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. O, gənclərə nəsihətində yazırdı:

Sən nəsil törətmək fikrində olsan,

İsmətsiz qadınla evlənmə, dayan,

Övladın yaramaz, ya oğru olar,

Toxum pis əkilsə, pis də verər bar.

İnsаnın inkаf qаnunаuyğunluqlаrının tədqiqinin pedaqoji аs­pek­ti üç bаşlıcа prоblemin öyrənilməsini əhаtə edir. Bunlаr intel­lek­tu­аl, xüsusi və əxlаqi keyfiyyətlərin irsən gətirilib-gətirilməməsi prоb­lemidir. Elm sübut etmişdir ki, qаbiliyyətlər irsən keçmir, uşаq аncаq imkаnlаrlа dоğulur. Təbii imkаnlаr hаzır qаbiliyyətlərin əmə­lə gəlməsi və inkişаfı üçün imkаnlаr yаrаdаn təbii zəmindir. Məsə­lən, uşаq nitq qаbiliyyəti ilə dоğulmur, lаkin nitq qаzаnmаq üçün zəruri оlаn təbii imkаnlаrlа dоğulur. Eləcə də insаn yаzı yаzmаq qа­bi­liyyəti ilə dоğulmur, lаkin оnun bаrmаqlаrının quruluşu, əllərin­dəki xırdа əzələlərin vəziyyəti, əqlinin inkişаf səviyyəsi sоnrаlаr yаzmаq qаbiliyyətinin yаrаnmаsı üçün təbii imkаnlаr zəminində əmələ gəlir. Bu təbii imkanlar uşаqlаrdа fitrən (аnаdаngəlmə) оlur. Tаnınmış pedаqоq-аlimlər etirаf edirlər ki, irsiyyət in­tel­lektuаl qаbiliyyətlərin inkişаfı üçün əlverişli оlmаyа bilər. Məsələn, аlkоqоliklərin uşаqlаrının bаş beyin yаrımkürələrinin süst hüceyrə­lə­ri, nаrkоmаnlаrdа pоzulmuş genetik strukturlаr, irsi psixi xəstəlik­lər intellektuаl qаbiliyyətlərin inkişаfınа mənfi təsir göstərir.Müаsir pedаqоgikа uşаqlаrdа fərqlərin аşkаr edilməsini və tər­biyənin оnа uyğunlаşdırılmаsını deyil, hər insаndа оlаn im­kаn­lа­rın inkşаfı üçün bərаbər və müvаfiq şərаitin yаrаdılmаsını münаsib sаyır. Bir çox xarici pedaqoji sistemlər belə hesаb edir ki, təhsil-tərbiyə insаnın imkаnlаrınа və qаbiliyyətlərinə uyğunlаşdırılmаlıdır.Xüsusi imkаnlаrın müəyyən оlunmаsındа müxtəlif pedaqoji sis­temlərin nümаyəndələri аrаsındа ciddi fikir аyrılığı yоxdur. Mu­si­qi, bədii yaradıcılıq, riyаzi biliklər, linqvistik, idmаn və s. Imkаn­lаr xüsusi imkаnlаr hesаb оlunur.Əxlаqi keyfiyyətlərin və psixikаnın irsən keçməsi məsələsi də diqqətçəkicidir. Pedаqоgikаdа belə bir fikir fоrmаlаşmışdır ki, şəx­siy­yətin əxlaqi keyfiyyətləri irsən keçmir, оnlаr оrqаnizmin xаrici mü­hitlə qаrşılıqlı təsiri prоsesində əldə edilir. İnsаn аnаdаn xeyir­xаh, bədxаh, səxаvətli və yа xəsis kimi dоğulmur. Uşаqlаr vаlideyn­lə­rinin əxlаqi keyfiyyətlərini irsən götürmürlər. İnsаnın necəliyi mühit və tərbiyədən аsılıdır, tərbiyə аpаrıcı rоl оynаyır. Аlimlər ge­ne­tik prоqrаmı öyrənərkən оrаdа nə xeyir, nə şər, nə də əxlаqlа bаğ­lı digər genləri tаpа bilməmişlər. Bununlа belə, bir çоx аlimlər “аnа­dаn­gəlmə şər” nəzəriyyəsinə əsаslаnаrаq iddiа edirlər ki, insаn­lаr xeyirxаh və bədxаh, dоğruçul və yа yаlаnçı dоğulurlаr. İnsаn­lа­rın və heyvаnlаrın dаvrаnışını öyrənən zаmаn əldə edilən məlumаt­lаr belə fikir söyləməyə əsаs verir.İnsаn bioloji növ kimi bütün tаrix bоyu cüzi dəyişikliyə uğrа­mış­dır. Bu, insаn təbiətinin, insаn mаhiyyətinin gen sisteminin də­yiş­məzliyinə dаir bir sübutdur. İnsаn növünün dəyişməsi о zаmаn оlа bilər ki, аlimlər оnun gen kоduna prаktiki оlаrаq müdаxilə üçün vаsitə əldə etsinlər. Belə cəhdlər xeyir, yоxsа zərər verəcək, nəyə gətirib çıxаrаcаq, оnu demək çətindir.İnsаn şəxsiyyət kimi dоğulmur. İnsаnın fərdi inkişаfı, оnun şəx­siyyətinin fоrmаlаşmаsı ictimаi həyаt şərаitindən, ictimаi mü­nа­si­bətlər sistemindən, istehsаl münаsibətlərindən аsılı оlur. İnsаn аn­cаq sоsiаllаşmа prоsesində, yəni ünsiyyət prоsesində, bаşqа insаn­lаrlа qаrşılıqlı əlаqədə şəxsiyyət оlur. İnsаnın mənəvi, sоsiаl, psixi in­kişаfı cəmiyyətdən kənаrdа bаş verə bilməz.

Şəxsiyətin inkişafına mühit amili qüvvətli təsir göstərir. İnsа­nın inkişаfının bаş verdiyi reаl vаrlıq mühit аdlаnır. Cəmiyyətin şəxsin ictimailəşməsinə təsiri. Müasir cəmiyyət fərdin ictimailəşməsinə necə təsir edir? Şəxsiyyət və cəmiyyət, qarşılıqlı əlaqə və təsir İctimailəşmə makroborları, onların ümumi xüsusiyyətləri. İctimailəşmə amili olaraq ölkə makrofactors (makro – böyük) – bir ölkə, etnos, cəmiyyət, müəyyən ölkələrdə yaşayanların hamısının ictimailəşməsinə təsir edən bir dövlət (bu iki qrup amillər tərəfindən vasitəçilik edilir). Ölkə coğrafi-mədəni bir fenomendir. Bu, coğrafi məkan, müəyyən sərhədlərə sahib olan təbii şəraitdə ayrılan ərazidir. Dövlət suverenliyi (tam və ya məhdud) var və başqa bir ölkənin (bir koloniya və ya palatanın ərazisi olmaq) nüfuzu altında ola bilər. Bir ölkənin ərazisində bir neçə dövlət ola bilər (Almaniya və bu gün Çin və bu gün Çin və Koreya tərəfindən bölünən Alman və Vyetnamı xatırlayacağıq)  eyni zamanda Rusiyanın tərkibində olan müxtəlif muxtar respublikalar,İran və ABŞ. Müəyyən ölkələrin təbii və iqlim şəraiti fərqlidir və sakinlərə və dolanışıqlarına birbaşa və dolayı təsir göstərir. Coğrafi və iqlim şəraiti ölkənin sakinlərini nəsildən nəsillərə çatdırmaq üçün nəsillərə çatdırmaq və ya əmək əməyinin, habelə ölkənin iqtisadi inkişafını asanlaşdırır. Təbii və coğrafi şəraitdə sosialləşdirmə prosesinin yalnız bir növ “çərçivəsi”). Orada müstəqil rol oynamadan, digər amillərlə məcmudədir, bəzi özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirir. Ölkənin obyektiv şəraitinin bir insanın ictimailəşməsinə təsir göstərməsi, əsasən necə istifadə edildikləri və etnik qrupları, cəmiyyəti və dövlətin nəzərə alınması ilə müəyyən edilir. Sosiallaşma uşaqların, yeniyetmələrin, gənc kişilərin qarşılıqlı əlaqəsində, çox sayda müxtəlif şəraiti olan gənc kişilərin, daha az və ya daha az inkişafına fəal təsir göstərir. İnsanlar üzərində hərəkət edən bu şərtlər amil adlandırılmaq üçün adətdir. Əslində, hamısı hətta müəyyən edilmir, lakin bilinənlərdən hamı öyrənilməyib.Sosiallaşma prosesi bir neçə mərhələdən, mərhələlərdən ibarətdir.Uyğunlaşma mərhələsi (Doğuş – Yeniyetmə dövrü). Bu mərhələdə sosial təcrübənin qeyri-tənqidi öyrənilməsi baş verir, ictimailəşmə əsas mexanizmi təqlid edir.Başqaları arasında özünü ayırmaq istəyinin görünüşü şəxsiyyət mərhələsidir.İnteqrasiya mərhələsi, həm etibarlı, ya da əlverişsiz ola biləcək cəmiyyətin tətbiqi.Əmək mərhələsi. Bu mərhələdə sosial təcrübə, ətraf mühitə təsir göstərir.Məhsul yığımı mərhələsi (yaşlı yaş). Bu mərhələ sosial təcrübənin yeni nəsillərə ötürülməsi ilə xarakterizə olunur. Körpəlik mərhələsi(0-dan 1,5 ildən). Etibar inkişafının dinamikası anadan asılıdır. Körpə ilə emosional ünsiyyət kəsiri uşağın psixoloji inkişafında kəskin yavaşlamağa səbəb olur.Erkən uşaqlıq mərhələsi(1,5 ilə 4 il arasında). Bu mərhələ muxtariyyətin və müstəqilliyin formalaşdırılması ilə əlaqələndirilir. Uşaq gəzməyə başlayır, defekasiya aktlarını yerinə yetirərkən özünü idarə etməyi öyrənir. Cəmiyyət və valideynlər bir uşağa düzgünlüyə, səliqəli, “yaş şalvar” üçün utanmağa başlayırlar.Cərimə mərhələsi (4 ildən 6 yaşa qədər). Bu mərhələdə o, uşağın işlədiyi kimi bir insan olduğuna inanır, nece danışmağı, dünyanı mənimsəməyi, uşağın təşəbbüs hissi var, oyunda qoyulan təşəbbüs var . Oyun uşağınız üçün vacibdir, çünki təşəbbüs yaradır, yaradıcı prinsipləri inkişaf etdirir. Uşaq oyun vasitəsilə insanlar arasındakı əlaqəni ustalar, psixoloji imkanlarını inkişaf etdirir: iradə, yaddaş, düşünmə və s. Ancaq valideynlər uşağı güclü sıxışdırırlarsa, oyunlarına əhəmiyyət vermirsə, bu uşağın inkişafına mənfi təsir göstərirsə, passivliyin, qeyri-müəyyənlik, günah hissinin konsolidasiyasına töhfə verir.Gənc məktəb yaşı ilə əlaqəli mərhələ(6 ilə 11 il arasında). Bu mərhələdə uşaq artıq ailə daxilində inkişaf imkanını artıq tükənib və indi məktəbə gələcək fəaliyyətlər haqqında biliklərə uşağa gəlir, texnoloji etoopu transfer edir. Uşaq biliyi uğurla arzulayırsa, onun gücünə, inamlı, sakitliyinə inanır. Məktəbdəki uğursuzluqlar, öz qüvvələrinə, inamsızlığının, ümidsizliyinə, işdə maraq itkisinə səbəb oldu.Yetkinlik dövrü(11-dən 20 ilədək). Bu mərhələdə egoidizmin mərkəzi forması (fərdi “i”) formalaşmışdır. Fırtınalı fizioloji böyümə, yetkinlik, yetkinlik, başqalarının qarşısında necə göründüyünü, peşə peşəsini, bacarıqlarını tapmaq ehtiyacı, bunlar bir yeniyetmənin qarşısında dayanan suallardır və bunlar artıq özü haqqında cəmiyyətin tələbləridir qətiyyət.

 Yetkinlik mərhələsi (25 ilə 55/60). Bu mərhələdə şəxsiyyətin inkişafı bir ömür boyu, digər insanların təsiri hiss olunur, xüsusən də uşaqlar bunlardır, onlara ehtiyac duyduğunu təsdiqləyirlər. Eyni mərhələdə, şəxsiyyət yaxşı, sevimli işlərə, uşaqlara qulluq, həyatından məmnun qalır.Köhnə qüllənin mərhələsi(55/60 yaşdan yuxarı). Bu mərhələdə, şəxsiyyətin inkişafı bütün yoluna əsaslanan egoididizmin bir forması var, bir insan bütün həyatını, son illər haqqında mənəvi düşüncədəki “i” ni xəbərdar etdi. Adam özünü “götürür” və həyatını həyatın məntiqi başa çatdırmaq ehtiyacından xəbərdardır, müdrikliyi göstərir, ölüm qarşısında həyatda maraqları aşkar etdi.Bir insana ictimailəşmənin hər mərhələsində bu və ya digər amillər fərqli mərhələlərdə olan nisbətə təsir göstərir. Sosiallaşma çətin, həyati bir prosesdir. Bir şəxsin əmanətləri, qabiliyyətlərini, qabiliyyətlərini reallaşdıra biləcəyi üçün bu, çox asılıdır.Müasir cəmiyyət mürəkkəb şəkildə qurulmuşdur və eyni zamanda vahid, qlobal dəyərlər standartı, irsin müxtəlif mədəniyyətlərin və adət-ənənələrin izləri qoyulduğu mexanizmdir. Məlum olduğu kimi, hər hansı bir makrosistem çox sayda mikrozingdən ibarətdir və cəmiyyət burada istisna deyil. Hər bir fərdi nümayəndəsi, bir və ya digər şəkildə, ümumiyyətlə, ümumiyyətlə, bütün “bədənin inkişafına töhfə verir, lakin təbiətdə həmişə rəy qanunvericiliyi var və öz növbəsində, hər bir insan eyni dərəcədə vacibdir və demək olar ki, ən vacib və Fundamental amil. Doğuş anından olan hər kəs ənənələrin, adət və dini və mədəni dəyərlərin rolunu oynadığı müəyyən bir sosial mühitə düşür. Cəmiyyət insanlar dünyasıdır. Bir insan bu dünyada yaşayır. Orada doğulur, inkişaf edir, bir insan olur.Bir insanın doğulduğu gündən bəri başqa bir insanla ünsiyyət qurmalıdır. Ünsiyyət yolu ilə, bir şəxs ətrafındakı dünya haqqında bilik alır, ünsiyyətin köməyi ilə təcrübənin transferi, bəşəriyyət tərəfindən hazırlanan mədəni, mənəvi dəyərlərin assimilyasiyası var. Rabitə sayəsində insanlar hərəkətləri və əlaqələri qiymətləndirməyi, davranış qaydalarını mənimsəməyi, təcrübədə tətbiq etməyi öyrənirlər. Bir insanın bu cür vacib keyfiyyətləri, prinsipial, cavabdehlik, dürüstlük, mehribanlıq, təkcə təzahür, lakin ünsiyyətdə formalaşır.Hər kəs özünü digər insanların gözü kimi qiymətləndirir. Şaxələndirilmiş ünsiyyət dairəsi, özü haqqında insan məlumatı daha da müxtəlifdir. Hər hansı bir cəmiyyətin həyatı daim dəyişir və ziddiyyətlərlə doludur, buna görə də sosial fərqlər qaçılmazdır. Üstəlik, onlar normal və bəzən şəxsiyyətin və bir insanın sosial inkişafının zəruri elementidir. Bu, münaqişələrin cəmiyyətdə yalnız mənfi deyil, həm də müsbət rol oynaya biləcəyi ilə izah olunur. “Şəxsiyyət” ni təsvir etmək cəmiyyətdə anadan olan “bütövlük” deməkdir. Buna görə şəxsiyyətin inkişafının əsas məqsədi insanın özü, bacarıqları və imkanları, daha tam özünü ifadə və özünü müayinədən daha tam bir reallaşmadır. Lakin bu keyfiyyətlər digər insanların iştirakı olmadan, təcrid olunmuş vəziyyətdə inkişaf etmir. Cəmiyyətdəki hər bir insan, hərəkətlərini qiymətləndirə, müəyyən qanunları və ən başlıcasını tətbiq edə bilmək üçün sadəcə zəruridir. Axı, bildiyiniz kimi, bir insan tək yaşaya bilməz, buna görə də onu istəyir, ya da istəmir, amma cəmiyyətin tələb etdiyi kimi davranmalıdır.

 Dünya təhsilində mövcud olan sistemlərdə mütəmadi islahatların aparılması təhsilin təşkilinin yenidən qurulması bu sahədə yeni tələbləri ödəyə biləcək, alterativ sistemin yaradılmasına və onun tətbiqinə gətirib çıxarır. Lakin aydındır ki, aparılan islahatlar da təhsildə başlıca element olan şəxsiyyətin inkişafının ayrı- ayrı aspektlərini və pedaqoji fəaliyyətin təşkilini, eləcə də onun psixoloji elementlərini nəzərə almasa istənilən nəticəni verə bilməz.Şəxsiyyət yönümlü təhsilin məqsədi fəaliyyət və şəxsiyyət keyfiyyətlərinin aşkar olunması və onların məqsədyönlü inkişafı, sosial mədəni normaları özündə ehtiva edən, sosial əhəmiyyətli davranış formasına çevrilməsi üçün zəruri şəraitin yaradılması.Dünya təhsilində mövcud olan sistemlərdə mütəmadi islahatların aparılması təhsilin təşkilinin yenidən qurulması bu sahədə yeni tələbləri ödəyə biləcək, alterativ sistemin yaradılmasına və onun tətbiqinə gətirib çıxarır. Lakin aydındır ki, aparılan islahatlar da təhsildə başlıca element olan şəxsiyyətin inkişafının ayrı- ayrı aspektlərini və pedaqoji fəaliyyətin təşkilini, eləcə də onun psixoloji elementlərini nəzərə almasa istənilən nəticəni verə bilməz.Şəxsiyyətyönümlü təhsilin məqsədi fəaliyyət və şəxsiyyət keyfiyyətlərinin aşkar olunması və onların məqsədyönlü inkişafı, sosial mədəni normaları özündə ehtiva edən, sosial əhəmiyyətli davranış formasına çevrilməsi üçün zəruri şəraitin yaradılmasıdır.Buna görə də təhsilin məqsədini xarakterizə edən amillərdən biri də:

-Uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər,fiziki mədəniyyət, özünəxidmət bacarıqlarını aşılamaqdır.

Təhsildə şəxsiyyətin inkişaf etdirilməsi üçün təlimin təşkilində aşağıdakı məqamları nəzərə almaq lazımdır:

-təhsildə idrak prosesləri ilə bərabər,emosional sferanın da inkişaf etdirilməsi.

-çətin situasiyalara qarşı dözümlülüyün yaradılması;

-özünəhörmətin və özünəmünasibətin inkişaf etdirilməsi;

-həyata optimist, insanlara pozitiv münasibətin formalaşdırılması.

-müstəqillik hissinin inkişaf etdirilməsi;

-özünügerçəkləşdirmə motivinin yaradılması..

 Bu göstərilən fikirlər şagird və tələbə şəxsiyyətinin inkişafına təsir göstərən mühüm amil kimi pedaqoji fəaliyyətin psixoloji əsasını təşkil edir.Şagirdlərin maddi və psixoloji vəziyyəti pedaqoji prosesinin inkişafına böyük təsir göstərir. Ailə vəziyyəti, ailənin maddi durumu sinifdə şagirdlərin davranış və ünsiyyət mədəniyyətinə də böyük təsir göstərir,hətta vahid məktəbli formasının olmaması belə sinfi seçkiliyə gətirib çıxara bilir. Uşaqların vaxtında və lazımınca qidalanmaması, mövsümə uyğun geyimlərlə, lazım olan məktəb ləvazimatı ilə, təlim üçün yararlı müasir texniki avadanlıqla təmin olunmaması onun nailiyyət və keyfiyyətinə təsir edir.Maddi cəhətdən imkansız ailələrin uşaqlarının aşkar edilməsi və onların dəstəklənməsi inkişafda olan insanın gələcəyinin təmin olunması üçün çox əhəmiyyətlidir.Ailə cəmiyyətin ilk tərbiyə ocağı olduğu üçün sosial quruluşun əsasını təşkil edir. Ailə tərbiyəsi elə bir qarşılıqlı prosesdir ki, orda hər iki   tərəfə- valideynlərə də, övladlara da zövq, rahatlıq verilməlidir.Ailə tərbiyəsinin məqsədi şəxsiyyətin də keyfiyyət və xassələrini formalaşdırmaqdan ibarətdir ki, şəxsiyyət həyat  yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldırsın. Müasir təlimin təşkilinə verilən tələblərdən biri kimi bərabər təlim şəraitinin yaradılmasında sosial- psixoloji mühitin təşkilinə də böyük önəm verilir və demək olar təlim prosesinin sonrakı nailiyyəti bu mühitin düzgün təşkilindən çox asılıdır. Sosiallaşma nəticəsində fərd özünün daxil olduğu sosial qrupda olan davranış normalarını mənimsəyir. Şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, normal məişət, xoş ailə münasibətləri, yaxşı yoldaşlar, bilikli müəllimlər, onu əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır.Sosial- psixoloji mühitə şagirdin həm digər insanlarla, həm də öz daxili aləmi ilə təlimə həvəsinin formalaşmasına təsir edən qarşılıqlı əlaqələrin bütün növləri aiddir: “şagird-şagird”, “müəllim-şagird”, “müəllim-şagird-valideyn”, “müdriyyət-şagird-valideyn”, “dostlar-şagird”. Şagird üçün sosial mühit dedikdə mürəkkəb sosial-psixoloji atmosferin təzahür etdiyi məktəb sinfidə başa düşülür. Bu zaman qrup üzvlərinin davranış və fəaliyyətinin uzlaşmasına gətirib çıxaran qrup inteqrativliyi, sinfin məqsədlərini, maraqlarının və əxlaqi dəyərlərinin məcmusu, intellektual bilik, yəni sinfin ümumi rəyinin formalaşmasına xidmət edən tez və asan şəkildə ümumi dil tapa bilmə qabiliyyəti nəzərə alınır.Bir çox hallarda müəllim şagirdləri idrak səviyyəsi baxımından qarışıq qruplarda fəaliyyətə cəlb edə bilər. Bu zaman müəllimin bircə təlimatı qrup daxilində güclü şagirdlərin zəif şagirdlər öyrətməsini təmin edə bilər. Müəllim tapşırığın icrası ilə bağlı təlimatlar verərkən xüsusi ilə qeyd edirki qrup işini təmin edəcək şəxsi o özü müəyyənləşdirəcək. Onların birgə fəaliyyətinin nəticəsini kimin təqdim edəcəyi məlum olmadığından güclü şagirdlər məsələnin incəliklərini aşağı idrak səviyyəsi nümayiş etdirən yoldaşlarına səylə öyrədirlər. Bu zaman bütün şagirdlərin təlimə bərabər cəlb edilməsi təmin olunmaqla bərabər, şagirdlərdə digər insani dəyərlərdə formalaşır.Bu da birgəfəaliyyət, əməkdaşlıq, qayğıkeşlik, dəstək, özgəsinin uğuruna sevinmək və s-dir. Şagirdlərin maraqlarının nəzərə alınmasıda onların təlimə cəlb edilməsi və nəaliyyətlərinin yüksəldilməsində mühüm amillərdən hesab edilir. Buna görə də müəllim hər bir şagirdi tədqiqat obyektinə çevirməli və onların maraqlarını öyrənməlidir. Tapşırıqlar məhz bu baxımdan tərtib edilməlidir. Maraqları üst-üstə düşən uşaqların birgə fəaliyyəti çox səmərəli nəticə verir. Bunu da nəzərə alan müəllim onları təlim prosesində bir qrup ətrafında birləşdirməli və maraqların inkişafına yol açmağı bacarmalıdır.Şagirdlərin maraqlarının düzgün təşkili onlara təlimdə daha çox stimul verir və yeni axtarışlara sövq edir.Sosial- psixoli mühitin yaradılması elə bir yanaşmaya əsaslanmalıdır ki, bu zaman pedaqoji prosesə əsas olan vadaretmə elementi uşağın maraqlarının və şəxsiyyətinin xüsusiyyətlərinin nəzərə alınması ilə tarazlaşdırılsın.Münasib olmayan sosial- psixoloji mühitə valideyn iclaslarının aparılmasının ənənəvi metodu misal ola bilər. Valideyn iclaslarının vəzifələrindən biri hər bir şagirdin nailiyyətlərinin və dərsə münasibətinin səviyyəsi haqqında məlumatın valideynlərin nəzərinə çatdırılması hesab edilir. Beləliklə, şagirdin şəxsiyyətinin inkişafına aid olan gizli məlumat aşkarlanır. Bu isə uşağının belə problemləri olan valideynlərdə mənfi hisslərin əmələ gəlməsinə gətirib çıxarır və kənar şəxslərin müzakirə mövzusu olur. Buna görədə sosial- psixoloji mühitin düzgün təşkili baxımından valideyn iclaslarında ayrı-ayrı şagirdlərin inkişafı problemlərinə toxunmamaq və yalnız sinif kollektivinin həyatının təşkili məsələlərini müzakirə etmək, yalnız məxfi olaraq və fərdi görüşlərdə bəzi məqamları valideynlərin nəzərinə çatdırmaq olar. Bərabər təlim şəraitinin əlverişli yaradılması üçün müəllim və şagird arasında isti və qayğıkeş münasibətlərin yaradılması vacib şərtlərdən biridir. Bu istiqamətdə fəaliyyətini düzgün qura bilməyən müəllim çox keçmədən təlimdə şagirdin geriləməsinin şahidi olacaqdır. Pedaqoji fəaliyyət bilavasitə ünsiyyət vasitəsilə həyata keçirilir. Ünsiyyətdə pedaqoji- psixoloji yanaşmanın spesifik cəhəti ondan ibarətdir ki, burada diqqət başlıca olaraq ünsiyyətin strukturunun təhlilinə, şəxsiyyətlərarası və qruplararası münasibətdə, eləcə də idrak və ünsiyyət prosesində özünüdərkin formalaşma dinamikasına yönəlmişdir.Pedaqoji ünsiyyət- müəllimlərin şagirdlərlə dərsdə və dərsdənkənar müəyyən pedaqoji funksiyaların yerinə yetirilməsinə və əlverişli psixoloji iqlimin yaradılmasına, təlim fəaliyyətinin və müəllimin şagirdlərlə və şagirdlərin öz aralarındakı münasibətlərin optimallaşmasına yönələn peşəkar ünsiyyətdir. Çünki prosesin məzmunlu, maraqlı, məqsədyönlü, səmərəli və faydalı həyata keçirilməsi pedaqoji ünsiyyətdən çox asılıdır. Professional pedaqoji ünsiyyət müəllim və şagirdlərin üzvi sosial- psixoloji qarşılıqlı əlaqəsidir ki, onun da məzmununu informasiya mübadiləsi, tərbiyəvi təsirin göstərilməsi, kommunikativ vasitələrin köməyi ilə qarşılıqlı münasibətin təşkilidir. Bəzən uşaqlar müəyyən yaş dövrlərində valideynləri ilə öz problemlərini paylaşa bilmir, qarşı tərəfdən etinasızlıq, ya da aqressivlik gördükləri  üçün əməkdaşlıq etmirlər, bu da bəzi hallarda sinifdə də digər uşaqlarla konfliklərə gətirib çıxara bilir. Belə hallarda müəllim şagirdlərə qarşı daha diqqətli və həssas davranmağı bacarmalıdır, onların problemlərini həll etmək üçün çıxış yolu axtarmalı və şagirdlərin diqqətini təlim- tərbiyə prosesinə cəlb etməlidir.Ünsiyyəti düzgün təşkil etmək üçün müəllim həmin prosesin səmərəli təşkili ilə bağlı məlumatları yadda saxlayıb, yada salmağı bacarmalı, başqa sözlə özünün “kommunikativ hafizəsini inkişaf etdirməlidir”. Eyni zamanda şagirdlərlə ünsiyyətdə öz müşahidəçiliyini inkişaf etdirməlidir.Səmərəli pedaqoji ünsiyyət qaydalarına yiyələnməyən, onun sosial- psixoloji mexanizmləri ilə tanış olmayan müəllim öz fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirə bilməyəcək və ciddi çətinliklərlə rastlaşacaq. Bərabər təlim imkanları fərqli sosial vəziyyətdən, şagirdlərinin müxtəlif dərketməsindən cinsi, dini və irqi müxtəlifliklərdən və s.-dən asılı olmayaraq düzgün təşkil edilməlidir. Pedaqoji prosesin hər tərəfli inkişaf etməsi üçün bu məqamları nəzərə almaq vacib məsələdir. Ölkəmizdə irqi fərqlərə az təsadüf edilsədə, milli və etnik fərqlərlə tez-tez rastlaşmaq olar. Azərbaycanın bir sıra regionlarında etnik azlıqların yaşaması və bu amilin siniflərin tərkibində də özünü göstərməsi, məsələyə münasibətin ciddiliyini önə çəkir. Belə uşaqların dil bariyerləri, adət-ənənə fərqləri, digər uşaqlara münasibətlərinin qurulması və s. təlimin təşkilində əhəmiyyət verilməli məsələdir.Buna görə də təlimdə bərabər imkanların yaradılması bütün şagirdlərə eyni təlim şəraiti yaradır və pedaqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir və inkişaf etdirilir. Cəmiyyət və insan problemi ilə əlaqədar olaraq “insan”, “fərd”, “fərdiyyət” və “şəxsiyyət” anlayışların ınümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.  İnsan təbiəti etibarilə bioloji olduğu halda, mahiyyəti etibarilə sosialdır. O, ictimai-tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövcud ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni prosesin məhsuludur. Fərd – insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə culğalaşmış şəkildə mövcud olur. Beləliklə, fərd özünün antropoloji (bioloji) və ictimai (sosial) tərəflərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin məcmusu kimi çıxır. Fərd dedikdə ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də var.“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və ondakı bu sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət – yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan adamdır. Şəxsiyyətin başlıca cəhəti onun ictimai fəaliyyətidir.İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır. Əgər fərd anlayışı insanın ictimai münasibətlərin məhsulu olduğunu göstərirsə, şəxsiyyət alayışı onu daha çox bu münasibətlərin subyekti kimi səciyyələndirir.Şəxsiyyət öz mahiyyətinə görə sosialdır, mövcudluq üsuluna görə fərddir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesefik, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusudur. Hər bir adamın fərdiliyi bir tərəfdən bioloji amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir. Beləliklə, “fərdiyyət” və “şəxsiyyət” anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmazdır, digər tərəfdən, məhz fərdilik şəxsiyyətin spesefikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı dah çox insanın müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini göstərir. Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində, psixi xassələrində – hafizə, təxəyyül, temperament və xarakterində, onun simasının həyat fəaliyyətinin xüsusiyyətlərində tapır. İnsanın şüurunun bütün məzmunu: fikirləri də, mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi olduqda belə, haradasa müəyyən “özünəməxsusluqla” fərqlənir. Hər bir adam gördüyü işlərdə, irəli sürdüyü mühakimələrdə, insanlara münasibətdə öz xüsusiyyətlərini həkk etdirir. Şəxsiyyət isə yalnız öz xüsusiyyətləri cəhətindən deyil, həmçinin öz sosial – mənəvi keyfiyyətləri cəhətindən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman onlar müxtəlif nisbətlərdə insanın həm ləyaqətini, həm də çatışmazlıqlarını özündə birləşdirmiş olur.

 Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi, istedadı vasitəsilə həyata keçirilir.Şəxsiyyət fərdin sosial keyfiyyətlərinin ifadəsi, onların obyektiv və subyektiv xarakteristikalarının vəhdətidir. Lakin bu heç də bioloji və psixoloji amillərə laqeydlik göstərmək üçün əsas vermir. Professor Mübariz Əmirovun fikrincə, müasir fəlsəfi ədəbiyyatda şəxsiyyətin sosial strukturu haqqında qızğın mübahisələr gedir. Bu struktur insanın davranışının başlıca istiqamətini müəyyən edən obyektiv və subyektiv amillərin, habelə onların tərkib ünsürlərinin məcmusu olub, təkcə şəxsiyyət problemini öyrənmək üçün yox, həm də ona təsir göstərmək baxımından əhəmiyyətlidir. Fərdin sosial keyfiyyətləri onun obyektiv surətdə daxl olduğu birliyin təsiri altında onun fəaliyyəti prosesində təşəkkül tapıb inkişaf edir. Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri qeyd etmək olar:

 a) fəaliyyətin müxtəlif növlətində sosial keyfiyyətlərin reallaşması üsulu;

b) şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;

v) cəmiyyətin mənəvi sərvətlərə yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin mənəvi aləmi;

q) şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;

d) əqidə və əqidəyə sədaqət.

Hər bir şəxsiyyətdə bu struktur ünsürlərini müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıqlı təsir prosesində formalaşır.Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır. Hər bir şəxsiyyət təkrarolunmaz ünsiyyətə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə müxtəlif qruplara ayırmaq olar ki, bunları da adətən, şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət növlərini həyata keçirmək üsulları ilə bağlıdır. XXI əsrin qlobal problemləri içərisində insan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər isə doğrudan da kövrəkdir, zərifdir və bəzən adi bir yersiz baxış, təsadüfi sayğısızlıq onlarda dərhal əks olunur, adamların bir-birinə hörmət-izzətini azaldır, qarşılıqlı münasibətlərinə soyuqluq gətirir.Cəmiyyətdə hər bir insan başqaları ilə qarşılıqlı fəaliyyətdə olmalı və kollektivdə yaşamalıdır. Kollektiv daimi birgə işlə məşğul olan, ümumi məqsədə malik, təhsil və yaxud yaradıcı fəaliyyətlə bağlı olan insanlar birliyidir. Bununla belə, hər bir insanda fərdilik, şəxsilik olduğu kimi, ümumilik və kollektivçilik də var. Təəssüf ki, fərdilik və ümumilik həmişə üst-üstə düşmür. Belə olduqda insan seçim qarşısında qalır – güzəştə getsin, yoxsa iddia irəli sürsün? Bəziləri münaqişə yolunu ətrafdakılarla mübarizə, öz maraqları üçün müharibə yolunu seçirlər. Belələrini çox vaxt münaqişəli insanlar da adlandırırlar. Münaqişə (konflikt) – əks maraqların, baxışların və ya fikirlərin toqquşmasıdır. Sosial münaqişələrin bir çox növləri vardır: ailə, peşə istiqamətli, şəxslərarası, millətlərarası, dövlətlərarası və siyasi münaqişələr. Rəqabət münaqişəyə yaxındır. İnsan öz rəqibini hər şeydə – məvacibdə, cəmiyyətdəki vəziyyətində, şöhrətdə, təriflənmədə və s. hallarda üstələməyə çalışır. Rəqabət özünü başqasına qarşı qoymağı, fərdiliyin son həddini, insanlara münasibətdə təkəbbürlülüyü, yaxınlara kömək arzusunun olmamasını nəzərdə tutur. Əgər cəmiyyət rəqabət üzərində qurulubsa, onda hər kəs ilk növbədə rəqiblərini məhv etməyə və hər şeyə yalnız özü nail olmağa çalışır.

İnsanların qarşılıqlı fəaliyyət formalarından biri əl-ələ verib çalışmasıdır, yəni həmrəylikdir.

 Həmrəylik dedikdə könüllülük əsasında hər kəsin ətrafdakı insanların nailiyyətləri ilə maraqlanması, bir-birinə qarşılıqlı kömək və yardım göstərməsi, bir güc, etimad, bərabərhüquqlu tərəfdaşlıq nəzərdə tutulur. Bu halda ümumi və fərdi maraqlar vəhdət təşkil edir. Təbii ki, belə olduqda kollektivçilik ayrıca insanın şəxsiyyətini kölgədə qoymamalı, hamının rifahı, meyil və maraqları nəzərə alınmalıdır.Xeyirxahlıq bizə ulu babalarımızdan əmanət qalmış çox böyük sərvətdir. Məsələn, keçmiş dövrlərdə hər bir adam evinin qapısı önündə tut ağacı əkərmiş. Yol kənarlarında meyvə bağları salarmış. Bulaq çəkmək, körpü salmaq, mədrəsə tikməyi və s. imkanlı adamlar özlərinə borc bilərlərmiş. İndiki kimi nəqliyyat vasitələrinin olmadığı o zamanlarda uzaq səfərə çıxan adamlar sərin bulaq suyundan içər, ağacların meyvələrindən yeyər, kölgəsində dincələr, bu bulağı çəkən, bu ağacları əkən xeyirxah insanlar haqqında xoş sözlər deyərdilər. İnsanlar müxtəlif sosial-mədəni köklərə, dini əqidələrə malikdirlər. Həyatın istənilən problemi və ya hadisəsi haqqında, sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacaqdır. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür dünyagörüşə malik şəxsi dözümlü (tolerant) insan adlandırırlar.Professor Mübariz Əmirovun araşdırmasında vurğulanır ki, tolerant olmaq – digər insanların ideyalarını, fəaliyyətini və həyat tərzini həyatın rəngarəngliyi kimi qəbul etmək, əks baxışlara səbirlə yanaşmaq deməkdir. Tolerant insan fikir ayrılıqlarını diolaq prosesində aydınlaşdırır və istənilən mübahisəni müzakirə və inandırma yolu ilə həll edir. Tolerantlıq, insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz və mühüm ünsürüdür. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Totlerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissini təmin edir. Tolerant insan öz rəqiblərinə hörmətlə yanaşır. Sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər.

                                                               Nəticə

 Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.

 1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.

2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu  nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət» anlayışını şərh etməsi ziddiyyətlidir.                   

4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun. Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa» dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə başlan­mışdır. Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının  istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir.  Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

Şübhəsiz ki, cəmiyyətin özü daimi fəaliyyətdə olan orqanizmlərdən ibarət olduğu üçün xarakter etibarı ilə dəyişkəndir.Buna görə də bu mühitin əsas aparıcı siması olan şəxsiyyət haqqında fikirlər indiyə qədər olduğu kimi, bundan sonar da müxtəlifliyi ilə inkişaf etməkdə davam edəcəkdir. Uzun illərdir ki, belə bir deyim var: “ Zaman şəxsiyyəti , şəxsiyyət tarixi yaradır.” Lakin hesab edirəm ki, “Şəxsiyyət zamanın axarını özünəməxsus şəkildə dəyişə bilən, ona yeni forma, məzmun verən, ona yeni üslub gətirən və yeni dəyişkən çalarlarla bəzəyən sosial  fenomendir.”Bizi əhatə edən mücərrəd, təzadlı, buqələmun xususiyyətli sosial , siyasi ,iqtisadi, mədəni, mənəvi- psixoloji  aləmdə şəxsiyyətli olmağı,şəxsiyyəti və şəxsiyyətimizi qorumağı arzulayıram.

ƏDƏBİYYAT:

1. Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya. Bakı, 2011.

2. Əliyeva F., Məmmədova Ü. Müasir təlim texnologiyaları. Bakı, 2014.

3. Süleymanova A. Təhsilin əsasları. Bakı, 2014.

4. Həmzəyev M. Yaş və pedoqoji psixologiyanın əsasları. Bakı, 2003.

5. Həsənov A., Ağayev Ə. Pedoqogika. Bakı, 2007.

6. Ə.K.Zəkizədə,F.Ə.İbrahimbəyov,M.C.Məhərrəmov, Ş.S.Ağayev,Ə.S.Bayramov, Ə.Ə.Əlizadə” Psixologiya ,Bakı-1964

7. Əkbər S. Bayramov, Ə.Ə.Əıizadə”Sosial Psixologiya “,Bakı-2003

8. Əlizadə Əbdül Ə., Bayramov Əkbər S.”Psixologiya ” Bakı-2009

9. R.hüsüynzadə”Pedaqogika”,Bakı-2021

10. Əjdər Ağayev “Şərq Pedaqogika Tarixi”, Bakı-2002

11.Həsən Şirəliyev,Əli Həsənov “Pilitologiya” Bakı-1997”

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin direktoru  K.Novruzov