İrəvan ÇALXALANIR – hökumət qarşısında tələb qoyuldu
44 günlük müharibə zamanı itkin düşən hərbçilərin valideynləri və yaxınları Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, onlar dövlət qurumlarının işindən narazıdırlar. Etirazçılardan biri Harutyun Arutyunyan oğlunun öldürülmədiyinə, əsirlikdə olduğuna ümid etdiyini bildirib.
“Mən istintaq komitəsinə müəyyən faktlar vermişəm, lakin bu günə kimi cavab almamışam. Ölənlərin DNT analizlərinin düzgün olub-olmadığını öyrənmək istəyirik” – valideyn tələb edib.
Etirazçılar aksiyanı Ermənistan parlamentinin binası yaxınlığında da keçirmək istədiklərini bildiriblər.