22 Dekabr 2024

İranın Qərbi Azərbaycan əyalətində polislə etirazçılar toqquşma zamanı 3 nəfər ölüb

İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.

APA-nın Tehran bürosunun məlumatına görə, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb. Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.

İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.