İranda fəhlələr ayağa qalxdı – Ölkəboyu aksiyalara start verildi – VİDEO
İranda bu dəfə fəhlə ayaqlanması baş verib.
Media1.az xəbər verir ki, mövcud sosial duruma tab gətirə bilməyən fəhlə təbəqəsi hakimiyyətə qarşı ölkəboyu aksiyalara başlayıblar.
Bu hərəkat demək olar ki, İranın bütün şəhərlərində baş verir və getdikcə geniş vüsət alır.
Videoda gördüyünüz isə onlardan sadəcə az bir qismidir, Abadan neft emalı zavodunda layihə əsasında çalışan sənaye şirkətinin fəhlələridir.
Onlar 2023-cu ildə maaşlarının artırılmamasına etiraz olaraq iş yerini boşaldaraq tətil keçirirlər.