İnklüziv platforma
Cari ilin 21 iyun tarixində Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibədə Azərbaycanın mövqeyi detallı şəkildə açıqlanıb. Qeyd edək ki, Bakı Enerji Həftəsinin bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması da rəmzi məna daşıyır. Bununla Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkənin iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə də öndə olmasının zəruriliyi barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu təsdiqləyən növbəti önəmli amilləri dünyanın diqqət mərkəzinə çəkdi. Dövlət başçısı öz müsahibəsində bildirib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Şəksiz ki, cari ilin birinci yarısında artıq cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibə də COP29 məsələsinə toxunması, bundan əlavə Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, fikirləri və təklifləri xarici mühitin diqqətini cəlb etməkdə davam edir və şübhəsiz ki davam edəcək. Bu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin əsaslı nümunəsidir.
Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkəmizin özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatsını çevrilməsini göstərir. Cənab Prezident eyni zamanda qeyd etmişdir ki, “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.”
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı