İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyib FOTO
Xəbər verdiyimiz kimi, bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start verilib.
Media1.az xəbər verir ki, Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb. Bu, qardaş ölkə komandasının Balıdakı ilk matçıdır. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edir.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə – Uels matçını izləyib.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib – 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub – 0:3.
Matçı canlı olaraq buradan izləyə bilərsiniz.