08 Sentyabr 2024

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi barədə şəxsi qərarına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.

Media1.az xəbər verir ki, dövlət başçısı Astanada keçirilən görüşdə Kasım-Jomart Tokayevi, həmçinin tikintisi sürətlə gedən mərkəzin açılış mərasiminə dəvət edib.

O bildirib ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq.