23 Noyabr 2024

İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib: döyüş kimi görüş… – VİDEO

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

Media1.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə liderlərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, nəqliyyat-iqtisadi əlaqələrin açılması və kommunikasiyaların blokadadan çıxarılması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Onu da qeyd edək ki, Soçi görüşü Azərbaycan xalqı tərəfindən də narahatlıqla izlənilir. 

Diplomatik mənbələrdən daxil olan məlumata görə, Rusiyanın hazırladığı təkliflərin 15-ci abzasında konkret olaraq “status” mövzusunun müzakirəsinin mümkünlüyündən bəhs edilib. Azərbaycan tərəfi isə qəti şəkildə bu müzakirəni qəbul etmir.   Bakı diplomatik kanallar vasitəsilə artıq Rusiya tərəfinə bu bəndin müzakirəsinin tamamilə qəbuledilməzliyini və mümkünsüzlüyünü çatdırıb. “Biz bunu nəzərə almırıq və nəzərdən keçirməyəcəyik. Bu, prinsipial mövqedir və çox aydın şəkildə Rusiya tərəfinə çatdırılıb”, – deyə etibarlı mənbələr görüşöncəsi bildiriblər.