23 Dekabr 2024

İlham Əliyev, Putin və Paşinyan görüşəcəklər – sülh müqaviləsi rəsmiləşə bilər

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin – İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyanın üçtərəfli görüşü noyabrın ilk ongünlüyündə Moskvada keçirilə bilər. Danışıqların yekunlarına görə üçtərəfli bəyanat imzalanacağı gözlənilir. Xəbəri “RİA Novosti” özəl mənbələrinə istinadla yayıb.

Qeyd edək ki, bu haqda Müsavat.com da yazmışdı. Söhbət “arsax”ın cəhənnəmə vasil olmasından, ermənizmin məhvindən gedir. Güney Qafqazın yol xəritəsi hazırdır. Azərbaycanın təklifi əsasında “3+3″ formatı ilə bu yol xəritəsi reallaşır. Azərbaycan-Türkiyə-Rusiya bölgənin gələcəyinin xəritəsini çəkir. Ermənistan bu gedişata müqavimət göstərə bilmir, bilməyəcək də. Putin də ötən həftə ”Valday” Konfransında Ermənistan hakimiyyətinə çağırış etdi. Dedi ki, Zəngəzur dəhlizini açın. Bu, həm də erməni cəmiyyətini Azərbaycanın diktə etdiyi sülh sazişinə hazırlamaq, səsləməkdir. Ermənistan hakimiyyətinin və cəmiyyətinin Azərbaycan qarşısında güzəştə getməkdən başqa çıxış yolu yoxdur. Azərbaycan ermənilərin 150 illik çalışmalarını darmadağın etdi, tarixin zibilliyinə atdı. Azərbaycan ərazilərində 2-ci erməni dövlətinin yaradılmasının qarşısı alındı.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: “Yaxın zamanlarda bu istiqamətdə konkret addımların atılması gözlənilir”

YAP-çı deputat Hikmət Babaoğlu mövzu ilə bağlı açıqlamasında dedi: “Dövlətlərarası münasibətlərdə əlamətdar tarixi günlərlə bağlı qarşılıqlı təbriklər və bu təbriklərin məzmunu bir qayda olaraq standart diplomatik protokolla tənzimlənir. Ona görə də bu diplomatik mübadilə xüsusi bir ayrıcalıq, yaxud münasibətdən daha çox ümumi nəzakət xarakteri daşıyır. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinin 30 illiyi xalqımızın dövlətçilik tarixində mühüm bir hadisədir. Ən öndə duran məsələlərdən biri də odur ki, biz müstəqilliyimizin bərpasının 30-cu ildönümünü ilk dəfədir ki, ərazi bütövlüyümüzü bərpa edərək qeyd edirik. Nəzərə almaq lazımdır ki, torpaqlarımız müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq işğala məruz qalmağa başlamışdı və bu, 30 ilə yaxın bir müddət ərzində davam etdi . Hazırda biz ərazi bütövlüyümüzü bərpa etməklə istər dövlətlərarası münasibətlərdə, istərsə də beynəlxalq münasibətlərin digər iştirakçıları ilə münasibətlərdə tamamilə yeni bir mərhələyə qədəm qoymuşuq . Bu isə özlüyündə yeni keyfiyyət dəyişikliyini və yaranmış yeni mərhələdə bir qədər fərqli münasibətləri zəruri edir. Hazırda yaranmış geostrateji gerçəkliyin mənimsənilməsi və ona adekvat münasibətin formalaşması mərhələsindəyik. Bu bir prosesdir və müəyyən müddət davam edəcək. Yəni reallıq bundan ibarətdir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin davranışlarına gəldikdə isə məsələ belədir ki, biz istər 30 illik münaqişə dövründə, istərsə də 44 günlük müharibə və ondan sonrakı postmüharibə mərhələsində bu münasibətin necə olduğunu bilirik. Ancaq bu münasibətin necə olmasından asılı olmayaraq Azərbaycanın yaratdığı yeni reallığın artıq qəbul edildiyini də görürük. Ona görə də standart diplomatik protokolda bizə qarşı münasibət necə olacaqsa bizim davranışımız da elə ona adekvat olacaq. Əsas məsələ isə ondan ibarətdir ki, artıq regonda uzunmüddətli sülhün bərqərar olması və kommunikasiyaların açılması üçün olduqca mülayim iqlim formalaşıb və yaxın zamanlarda bu istiqamətdə konkret addımların atılması gözlənilir”.

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

Əhəd Məmmədli: “Rusiyanı da buna razı salmalıyıq”

Siyasi şərhçi Əhəd Məmmədli hər şeyin Ermənistanın Azərbaycan ərazilərini tanımasından asılı olduğunu qeyd etdi: “Bu barədə söhbətlər gedir. Sülh müqaviləsinin olacağı önə çəkilir. Doğrudur, rəsmi şəkildə açıqlanma olmayıb. Dövlət başçılarının, nazirlərin, dini rəhbərlərin çıxışlarının edilməsi onu göstərir ki, hansısa razılaşma gedilir. Sülh müqaviləsi, yaxud 10 noyabr razılaşmasının, daha da təkmilləşdirilmiş forması olacaqmı? Bunu zaman göstərəcək. Azərbaycanın maraqlarına cavab verir ki, sülh müqaviləsi olsun, amma bir şərtlə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Qarabağ rəsmi şəkildə ərazimiz kimi Ermənistan tərəfindən tanınmalıdır. Bu baş tutmadığı vəziyyətdə məsələ uzanacaq. Ermənistanın da vaxt udmaq üçün imkanları yaranacaq ki, özünə gəlsin, iqtisadi, hərbi baxımdan nələrsə qazansın və sonra da yenidən iddialarını ortaya qoysun. Ermənistanı şərtlərimizi qəbul etməyə məcbur etməliyik, həmçinin Rusiyanı da buna razı salmalıyıq”.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “Region ölkəsi olmayan istənilən gücü burada neytrallaşdırmaq lazımdır”

Siyasi şərhçi Azər Hüseynov isə vurğuladı ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq: “Ruslar sülh müqaviləsinin həmmüəllifi olacaq. Türklər buna razılıq veribdir. Mən bu haqda demişdim. Düşünürəm ki, sadəcə, bir məsələ var. Bu qayğımı dilə gətirmişəm. Ermənilərə, yəni bizim Qarabağda yaşayan, üzümüzə ağ olan vətəndaşlarımıza rusların timsalında müəyyən müddətə beynəlxalq qarant durulsun, keçid dövründə. Ermənilər öz daxillərində bunun qırğınını edirlər. Qəfil müharibəni dayandıran Paşinyan indi də çıxıb deyəcək: ”Biz bu ağır qərarı qəbul etdik. İndiki zamanda “arsax”ın statusundan çox oradakı ermənilərin təhlükəsizliyi lazımdır. Ona görə biz buna razı olduq”. Amma bu, sadəcə, malalamadır. Bəs biz bu beynəlxalq qarantı necə neytrallaşdıra bilərik? Bunu türk hərbçilərinin iştirakı ilə etmək mümkündür. Bir də region ölkəsi olmayan istənilən gücü burada neytrallaşdırmaq lazımdır. Kimsə uzaqdan gəlirsə, regiona maraqlarını gətirir. Bu isə regionun heç bir ölkəsinə lazım deyildir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”