III Çarlz iqlim dəyişikliyi sammitində iştirak etməyəcək
Britaniyanın yeni kralı III Çarlz Misirdə keçiriləcək COP27 iqlim dəyişikliyi sammitində çıxış etmək planlarından imtina edib.
Buna kralllığın yeni təyin seçilmiş baş naziri Liz Trassın etirazları səbəb olub.
Eyni zamanda, Bukingem sarayının rəsmi nümayəndəsi bildirib ki, III Çarlz kral olduqdan sonra onun şahzadə ikən tərtib olunan iş cədvəli aktuallığını itirib və həmin siyahıya yenidən baxılacaq.
Məlumata görə, kral və baş nazir arasında heç bir mübahisə olmayıb, lakin qərar hökumətin məsləhəti ilə qəbul edilib.
Mənbə: rossaprimavera.ru