İdarə rəisi VIII televiziya muğam müsabiqəsinin final iştirakçıları ilə görüşüb
Media1.az-ın xəbərinə görə, Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə keçirilən Vlll televiziya muğam müsabiqəsinin final iştirakçıları olan Əmrah Məmmədov, Sabir Hüseynov, Fuad Əzizzadə, Məhəmməd Əlizadə və Tahir Şəfiyevlə görüşüb.
Finalçılar görüş zamanı mədəniyyət sahəsindəki dirçəlişdən, Birinci vitse-prezident Mehriban Əliyevanın muğam sahəsinə xüsusi dəstəyindən danışıblar.
Vəsilə xanım Möhsümova da öz növbəsində regional idarənin rəisi olaraq, səlahiyyətləri çərçivəsində daim istedadlı gənclərə dəstək olacağını vurğulayıb. Gənc xanəndələr həmçinin gözəl ifalarıyla görüşə rəng qatıblar.
Sonda final iştirakçıları ilə xatirə şəkilləri çəkilib.