08 Sentyabr 2024

Hindistanda yağış yağdırmaq üçün… çılpaq qızları kənddə gəzdirdilər

Hindistanda quraqlıq keçən bir bölgədə yağış yağdırmaq üçün çılpaq qızları hər kəsin gözü önündə gəzdiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İnsidentin ölkənin mərkəzində yerləşən Madhya-Pradeş ştatının Bundelkxand rayonunda baş verdiyi qeyd olunur.

Gələn informasiyalara əsasən 6 həddi-büluğa çatmamış qız çılpaq halda “yağış yağdırma ritualı”na uyğun olaraq “tanrılar”a hədiyyə verilmək istənilib. Yerli adamlar düşünür ki, bununla tanrının onlara rəhmi gələcək və bölgəyə yağış yağacaq.

Hindistanın Uşaq hüquqlarının müdafiəsi üzrə milli komissiyası həmin ştatın Bundelkxand və Damoh rayonlarının administrasiyalarından hadisə ilə bağlı təfsilatlı hesabat tələb edib. Bununla əlaqədar ştat polisi hər hansı şikayət olmamasına rəğmən xüsusi təhqiqata başlayıb.

Bununla bağlı sosial şəbkələrdə görüntülər də yayımlanıb. Burada bəzi qızlaırn cəmi 5 yaşda olduğu da görünməkdədir.

Hindistanda təbiət hadisləri ilə bağlı bu cür əcaib mərasimlər tez-tez baş verir. Məsələn, bəzi bölgələrdə qadınların qurbağalarla, hətta eşşəklərlə evləndirilməsi ilə bağlı faktlar var.