26 Dekabr 2024

Hindistan gəmisinin Aya enməsi ölkədə təntənə, coşqu yaratdı

Hindistanın kosmik gəmisinin Aya uğurlu eniş etmısi ölkədə böyük bayram təntənələrinə səbəb olub. Gəminin Aya enişi avqustun 23-də baş tutub, ayın 24-də isə gəmi Yerin peykinin səthi üzərindən keçib, səthin ilk şəkillərini Yerdəki mərkəzə ötürüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, Hindistanın Aya ilk enişidir. Hindistan bu sahədə uğur qazanan dördüncü ölkədir. Əvvəllər belə kosmik uçuşlar ABŞ, SSRİ və Çin tərəfindən həyata keçirilib.

Bu hadisə ölkədə şənliklərlə qeyd olunur: avqustun 23-də Yeni Dehlidə induslar atəş ritualı yerinə yetiriblər və missiyanın təhlükəsiz enişi üçün dua ediblər. Qucarat əyalətinin elm şəhəri Əhmədabadda insanlar böyük ekranda nümayiş etdiriləm canlı yayımda gəminin Aya enişinə baxıblar və hadisəni atəşfəşanlıqla qeyd ediblər.

Kosmik stansiya Ayın cənub qütbünü tədqiq edəcək. Aparat peykin qruntu və relyefini incələyəcək, həmçinin tektonik aktivliyin izlərini axtaracaq. “Chandrayaan-3” missiyası Ayda təxminən bir ay günü (14 Yer günü) fəaliyyət göstərəcək.

Bu, Hindistanın üçüncü Ay missiyasıdır. Əvvəlki missiya 2019-cu ildə uğursuz olub: cihaz yumşaq eniş etmək istəyərkən qəzaya uğrayıb. Eniş vasitəsi ilə əlaqə kəsilib, nasazlıq yerdən təxminən iki kilometr yüksəklikdə baş verib.

Yeni ekspedisiya “Chandrayaan-1” stansiyasının başlatdığı donmuş suyun axtarışını davam etdirməlidir – 2008-ci ildə bu cihaz Ayda suyun varlığına dair sübut tapıb.

Media1.az