Hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilib
Bu gündən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib.
media1.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib.