08 Sentyabr 2024

Həftələrlə davam edən çətin danışıqların nəticəsi: Netanyahu yeni hökuməti formalaşdırdı – VİDEO

İsraildə “Likud” partiyasının lideri Benyamin Netanyahu yeni hökumətin formalaşdırılması üçün dini və ifrat sağçı koalisiya tərəfdaşları ilə həftələrlə davam edən çətin danışıqlardan sonra sövdələşməyi bacarıb.

O, bu barədə Prezident İsxak Hersoqun Nazirlər Kabinetinin yaradılması üçün təyin etdiyi vaxtın bitməsinə bir neçə dəqiqə qalmış özünün “Twitter” hesabından paylaşım edib.

“Mən (hökumət qurmağa) müvəffəq oldum”, – deyə Netanyahu bildirib.

Dövlət başçısının ofisi baş nazirin bildirişini aldığını təsdiqləyib.

“Yeni hökumət bütün İsrail vətəndaşlarının maraqlarına uyğun hərəkət edəcək”, – deyə prezidentlə söhbətində bəyan edən Netanyahu ictimaiyyətə də dəstəyə görə təşəkkür edib.https://platform.twitter.com/embed/Tweet.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfdGltZWxpbmVfbGlzdCI6eyJidWNrZXQiOlsibGlua3RyLmVlIiwidHIuZWUiLCJ0ZXJyYS5jb20uYnIiLCJ3d3cubGlua3RyLmVlIiwid3d3LnRyLmVlIiwid3d3LnRlcnJhLmNvbS5iciJdLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2hvcml6b25fdGltZWxpbmVfMTIwMzQiOnsiYnVja2V0IjoidHJlYXRtZW50IiwidmVyc2lvbiI6bnVsbH0sInRmd190d2VldF9lZGl0X2JhY2tlbmQiOnsiYnVja2V0Ijoib24iLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3JlZnNyY19zZXNzaW9uIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zaG93X2J1c2luZXNzX3ZlcmlmaWVkX2JhZGdlIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19jaGluX3BpbGxzXzE0NzQxIjp7ImJ1Y2tldCI6ImNvbG9yX2ljb25zIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd190d2VldF9yZXN1bHRfbWlncmF0aW9uXzEzOTc5Ijp7ImJ1Y2tldCI6InR3ZWV0X3Jlc3VsdCIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfbWl4ZWRfbWVkaWFfMTU4OTciOnsiYnVja2V0IjoidHJlYXRtZW50IiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zZW5zaXRpdmVfbWVkaWFfaW50ZXJzdGl0aWFsXzEzOTYzIjp7ImJ1Y2tldCI6ImludGVyc3RpdGlhbCIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2R1cGxpY2F0ZV9zY3JpYmVzX3RvX3NldHRpbmdzIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd192aWRlb19obHNfZHluYW1pY19tYW5pZmVzdHNfMTUwODIiOnsiYnVja2V0IjoidHJ1ZV9iaXRyYXRlIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zaG93X2JsdWVfdmVyaWZpZWRfYmFkZ2UiOnsiYnVja2V0Ijoib24iLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3Nob3dfZ292X3ZlcmlmaWVkX2JhZGdlIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zaG93X2J1c2luZXNzX2FmZmlsaWF0ZV9iYWRnZSI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdHdlZXRfZWRpdF9mcm9udGVuZCI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9fQ%3D%3D&frame=false&hideCard=false&hideThread=false&id=1605687416169168896&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Fworld%2F676470&sessionId=ba15451e4c4d6156a56cae2d833f4c118f27c4a1&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=a3525f077c700%3A1667415560940&width=550px

Bundan əvvəl “Likud” lideri prezidentdən hökumətin formalaşdırılması üçün nəzərdə tutulan ilkin 28 günlük müddəti daha 10 gün – Bakı vaxtı ilə dekabrın 22-si saat 02:00-a qədər uzatmağı xahiş edib. Netanyahunun partiyası noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanıb, noyabrın 13-də o, kabinet yaratmaq üçün prezidentdən mandat alıb.

Balanslaşdırılmış hökumətin qurulmasına nail olmaq üçün Netanyahuya 120 deputatdan 61-nin dəstəyi lazım idi. Bundan başqa, o, vəzifələri öz tərəfdarları arasında bölüşdürməkdə çətinlik çəkirdi.

“İsrail Hayom” qəzetinin məlumatına görə, Netanyahu partiya yoldaşları ilə təkbətək görüşlər keçirib.

“Likud”un gələcək kabinetdə 17 nazir portfelini alacağı gözlənilir.

Mənbə: TASS