Zaqatala, Qax rayonlarında “Milli – mənəvi dəyələrimizi qoruyaq!” adlı layihənin icrası davam etdirilir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyi layihənin icrasını davam etdirir.
“İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin qaliblərindən biri olaraq, “Milli – mənəvi dəyələrimizi qoruyaq!” adlı layihənin icrasını davam etdirir.
Layihənin əsas məqsədi bölgələrimizdə milli-mənəvi dəyərlərin öyrənilməsi sahəsində tədqiqatlar aparmaq, o cümlədən, bu işin təbliği sahəsində gənclərin cəlb olunması istiqamətində təşəbbüs göstərməkdən ibarətdir.
Layihə çərçivəsində Zaqatala, Qax rayonlarında maarifləndirici və təbliğedici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində maarifləndirici xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyini loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir.
Layihə 2 ay davam edəcəkdir.
Media1.az