08 Sentyabr 2024

Hataydan təsirli görüntülər: İki aylıq körpə 29 saat sonra dağıntılar altından sağ çıxarılır – VİDEO

Türkiyənin Hatay şəhərində iki aylıq körpə 29 saat sonra dağıntılar altından çıxarılıb.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Nəvəsinin uçmuş binanın dağıntıları altından sağ-salamat çıxarılmasına sevinən baba və onun həyatını qurtaran xilasedici göz yaşlarına hakim ola bilməyiblər.

Xilasedicilər Mehmet Çinar adlı körpəni üşüməməsi üçün adyala büküblər və ona ilk yardım göstərilib.https://baku.tv/embed/72147