23 Dekabr 2024

“Hədiyyə karvanı” Bərdədə: “ASAN Xidmət” rəhbərliyi, başçının müavini mülki şəhidin ailəsinə baş çəkdi (VİDEO FOTO)

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlu və YAŞAT Fondunun birgə həyata keçirdiyi, “Yeni Müsavat” Media Qrupunun dəstəklədiyi “Hədiyyə karvanı” Tovuz, Ağstafa, Gəncə, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Ağdam və Tərtərdən sonra Bərdəyə çatıb.

Musavat.com xəbər verir ki, Türkiyə Uşaq Oyunları Federasiyasının nümayəndələri Salim İsot və Tuğba Baylan Bərdə “ASAN Xidmət” mərkəzində şəhid və qazi ailələri ilə görüşüb.

Görüşdə Bərdə “ASAN Xidmət” mərkəzinin rəhbərliyi və icra başçısının müavini Fəqət Şadlinskaya da iştirak edib.

“ASAN Xidmət”də baş tutan görüşdə şəhid və qazi övladlarına hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Qonaqlar daha sonra mülki şəhid Yalçın İsgəndərovun ailəsini ziyarət edərək övladlarına hədiyyə təqdim ediblər.

Qeyd edək ki, rayonun digər şəhid və qazilərinin övladlarının hədiyyələri YAŞAT Fondunun əməkdaşları tərəfindən təqdim olunacaq.

İlkin Muradov
Foto, video: Elçin Əkbərov
Musavat.com