23 Dekabr 2024

Güləşçimiz Xocalının ildönümü günü erməninin kürəyini yerə vurdu – VİDEO

Bu gün güləş üzrə Kiyev turniri start götürüb.

BAKU.WS xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb.

Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiyə minimal fərqlə uduzub. Mahir Əmiraslanov debütdə ukraynalı həmkarına sonuncu xal prinsipinə əsasən qalib gəlib.

Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır.

Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə “tuşe” ilə qalib gəlib.