Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb
Göygöl sakini dəm qazından boğulub.
Media1.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.