19 Aprel 2024

Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb

Göygöl sakini dəm qazından boğulub.

Media1.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.