Geosiyasi gerçəkliklər fonunda “yumşaq güc”dən düzgün istifadə günün aktual problemidir
Bir il əvvəl Laçın-Xankəndi yolunda Şuşada Azərbaycan gənclərinin, ekoloji fəalların keçirdiyi aksiya “yumşaq gücün” dünyada ən təsirli vasitələrdən biri olduğunun göstəricisidir.
Bu sözləri Dərələyəz mahalı Çivə İcmasının gənclərini təmsil edən Məhəmmədəli Məmmədli Avrasiya.net-ə açıqlamasında deyib.
O, bildirib ki, geosiyasi gerçəkliklər fonunda “yumşaq güc” dən düzgün istifadə, günün aktual problemidir. Ötən il bu vaxtı Azərbaycan gənci kimi Laçın-Xankəndi yolunda iştirak etdiyimiz aksiya bu məsələdə ən gözəl nümunə idi.
Onu da qeyd edək ki, Məhəmmədəli Məmmədli Qərbi Azərbaycandan deporatsiyaya məruz qalmış ailədə böyüyüb.