08 Sentyabr 2024

General-leytenant Oruc Zalov təqaüdə göndərildi

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

Bu barədə Media1.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər sərəncamla, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.