“Gənc Mühasiblər” İctimai Birliyi USAID-in “Özəl Sektorun İnkişafı” layihəsində iştirak edib – FOTO
22 illik fəaliyyəti olan “Gənc Mühasiblər” İctimai Birliyi (GMİB) USAID-in “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) çərçivəsində qadınların biznes assosiasiyaları və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlərdə iştirak edərək təşkilatın xidmətlərinin genişləndirilməsi, üzvlüklərin artırılması və təşkilatın institusional inkişafını gücləndirmək üçün iştirak edib və yeni strateji planlaşdırma edib.
Bu istiqamətdə GMİB tərəfindən keçirilən “GMİB-in institusional inkişafına dair tədbirlər” layihəsi çərçivəsində qadın sahibkarlarının və qadın assosiasiyalarının mühasibatlıqla bağlı problemlərinin həllinə, maliyyə savadlılığının artırılmasına, qadın assosiasiyalarının inkişafına dəstək olmaq məqsədilə Bakı, Masallı və Gəncə şəhərlərində təlimlər təşkil etməyi nəzərdə tutub.
Belə ki, ilk təlim Gəncə şəhərində 2 və 3 dekabr 2022-ci il tarixlərində keçirilib. Təlimdə 20 nəfər qadın iştirak edib. Təlimçi Rəvan Cəfərli sahibkarlıq fəaliyyətinə yeni başlamış və ya başlamaq istəyən qadınlara mühasibatlıqla bağlı vacib məlumatları çatdırıb, iştirakçıların suallarını cavablandırıb. İki gün davam edən təlimin sonunda iştirakçılar sertifikatla təltif olunub.
Qeyd edək ki, iştirakçılara konsultasiya xidmətləri də göstərilib. Üzvlüyə qəbul olunan qadınlar isə bu xidmətlərdən davamlı yararlana biləcək.