08 Sentyabr 2024

Gəncədə daha 2 məktəb koronavirusa görə bağlanıb

Gəncədə iki orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə APA-ya Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.

Onun sözlərinə görə, Gəncə şəhər 30 saylı tam orta məktəbdə 1 şagirdin, şəhər 13 nömrəli tam orta məktəbdə isə 1 müəllim və 1 şagirdin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən də hər iki məktəbdə dərslərin distant formada keçirilməsinə qərar verilib.

Anar Qədiməliyev həmçinin qeyd edib ki, şəhərdə 47 min şagirdən 9 nəfərində və 5500-dən artıq pedaqoji heyətin 11 nəfərində koronavirus pandemiyası aşkar olunub.