07 Avqust 2025

Füzulidən olan şəhid övladlarının İsmayıllı və Qəbələ rayonlarına səfəri təşkil olunmuşdur

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə icra etdiyi  “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsi çərçivəsində  Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və  qazılərin övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif  inkişafetdirici  və  bayram  tədbirləri ilə  yanaşı,  “28 may- Respublika günü”   müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn  Füzuli rayonundan olan şəhid övladlarının tarixi və turizm bölgələri olan İsmayıllı və Qəbələ rayonlarına  səfərləri təşkil olunub.

Səfər çərçivəsinə  uşaqlarla təbiət gəzintisi,  müxtəlif əyləncəli oyunlar təşkil olunmuş, maraqlı və  yaddaqalan gün keçirilmişdir.  

Eyni zamanda  səfər iştirakçıları İsmayıllı rayonunun “Şəhidlər Xiyabanı”nı da ziyarət ediblər 

İctimai Birliyin İctimaiyyətlə əlaqələr departamenti