FÜZULİ TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏ 18 APREL- “BEYNƏLXALQ TARİXİ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ” QEYD OLUNDU

FÜZULİ TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏ 18 APREL- “BEYNƏLXALQ TARİXİ ABİDƏLƏR VƏ TARİXİ YERLƏR GÜNÜ” QEYD OLUNDU.
15.04.2022-ci il tarixdə Füzuli Tarix-diyarşünaslıq Muzeyində “Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Tarixin şahidləri” adlı geniş tədbir keçirilmişdir.
Tədbirdə Füzuli rayon Mədəniyyət evinin nümayəndələri, Qarağabazar Tarix Muzeyinin, Füzuli rayon Heydər Əliyev Mərkəzinin əməkdaları, Gənclərin Kariyera və İnkişaf Mərkəzinin Füzuli rayon üzrə nümayəndəliyi, Horadiz şəhər 1 və 2 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbir Muzeyin foyesində Füzuli Tarix-diyarşünaslıq Muzeyinin fondunda qorunub saxlanan Füzuli rayonunun işğaldan əvvəlki tarixi abidələrinin fotoşəkillərindən və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmaqla başlandı.
Tədbirin aparıcısı muzey əməkdaşı Nailə Əsədli giriş sözü ilə tədbiri açdıqdan sonra ilk öncə 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edildi.
Daha sonra Füzuli Tarix-diyarşunaslıq Muzeyinin Şöbə müdiri Elçin Əsədov Füzuli rayonunda olan tarixi abidələrdən, onların əhəmiyyətindən və eləcə də, tarixi abidələrin mühafizəsi və gələcək nəsillərə ötürülməsi baxımından muzeylərin əhəmiyyətindən bəhs etmişdir. Füzuli Tarix-diyarşunaslıq Muzeyinin Fond mühafizi Vüsalə Qaraşova muzeyin fondunda yer alan kolleksayalardan və tarixi abidələrin muzeydə qorunub saxlanması üzrə fikirlərini bildirdi. Qarağabazar Tarix Muzeyinin direktoru Nərminə xanım Həmidova Qarğabazar kənd tarixindən və orada yerləşən bir sıra tarixi abidələr haqqında, Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə xanım Kərimova da bu günün əhəmiyyəti barəsində çıxış etdilər.
Eyni zamanda tədbirdə Horadiz şəhər F.Mehdiyev adına 2 saylı tam orta məktəbin tarix müəllimi Hikmət Xudiyev və həmin məktəbin şagirdləri də iştirak edirdi. Şagirdlər işğaldan azad olunmuş şəhər və rayonlarda yerləşən tarixi abidələr haqqında danışdılar:
- Səfərov Ruslan Şuşa şəhərində yerləşən “Şuşa qalası”ndan
- Mehtiyev Yasin Laçın rayonunda yerləşən “Ağoğlan məbədi”ndən
- Səfərli Hüseyn Kəlbəcər rayonunda yerləşən “Xudavəng monastırı”ndan
- Məmmədov İlkin Zəngilan rayonundakı “Şəhri Şərifan abidəsi”ndən
- Hüseynova Xuraman Qubadlı rayonunda yerləşən “Hacıbədəl körpüsü”ndən
- Məmmədova Dəniz Xocavənd rayonunda yerləşən “Amaras monastrı”ndan
- Hacılı Bayram Xocalı rayonunda yerləşən “Əsgəran qalası”ndan
- İsmayılova Leyla Ağdam rayonunda yerləşən “Şahbulaq qalası”ndan
- Əmirova Fidan Cəbrayıl rayonunda yerləşən “Xudafərin körpüsü”ndən, abidələrin monitorda yayımlanan fotoşəkilləri ilə birgə geniş məlumat verdilər.
Muzeyin direktoru Xalisə Məmmədova çıxış edərək tariximizin qorunub gələcək nəsillərə çatdırılmasının gənc nəsillər üzərində böyük bir missiya olduğunu qeyd etmiş və sonda isə məktəbliləri tədbirdə fəal iştirakına görə təşəkkürnamə ilə təltif etmişdir.
Tədbirin gedişatında muzey əməkdaşları- Əsədli Nailə və Adgözəlova Əfsanənin iştirakı ilə hazırlanan Füzuli rayon ərazisində yerləşən hər ikisi 13 –cü əsrə aid olan Babı kəndindəki “Şeyx Babı Yaqub” türbəsi və Əhmədalılar kəndindəki “Arğalı” türbəsindən bəhs edən “Bir könüllü- bir abidə”, “Qarğabazar karvansarayı” adlı videoçarlar nümayiş edildi.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Füzuli Tarix-diyarşunaslıq Muzeyinin şöbə müdiri Elçin Əsədovun redaktorluğu ilə ərsəyə gələn “Virtual Qarabağ” adlı videoçarxla sona çatdı.
Sonda isə tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.









