24 Dekabr 2024

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi Qafqazda sülhün yaranmasına təhlükə yaradır

Azərbaycan Qafqazda sülhün və əminamanlığın yaranmasında həmişə maraqlı olub. Ermənistan Respublikasının ölkəmizə qarşı apardığı işğalçı siyasət bölgədə bir sıra faciələrə yol açsa da , humanitar fəlakət yaratsa da sülhün bərqərar olması üçün diplomatiyamız daim yorulmadan çalışıb. Beynəlxalq hüququn prinsipləri baxımından işğalçı Ermənistan Azərbaycan torpaqlarından çəkilməli olduğu halda bir sıra dövlətlərin havadarlığı sayəsində haqq-ədalət uzun illər bərpa olunmayıb.  1993-cü ildə işğal olunan Azərbaycan rayonlarının geri qaytarılması barədə BMT-nin qətnaməsi qəbul edilsə də işğalçılar beynəlxalq hüququn tələblərinə sayğısızlıq nümayiş etdirib. Əksinə, havadarlarından aldıqları güc sayəsində Azərbaycana qarşı yeni müharibə niyyətində olublar. Azərbaycan torpaqlarının işğal proseslərini davam etdirməklə daim ölkəmizi təhdid ediblər. Ermənilərin müharibəyə həvəsli olmasında heç şübhəsiz ki, ATƏT-in Minsk qrupunun da günahı az deyil. ABŞ, Rusiya, Fransadan ibarət ATƏT-in Minsk qrupu ermənilərin törətdikləri vəhşiliklərə göz yumaraq , Azərbaycan rayonlarının yerlə- yeksan olunmasına , Qarabağ ərazisində mədəni irsin məhv olunmasına şərait yaratmışlar. Dünyanın ədaləti bu qədər yetərli olmadığından, demokratiya çarçılarının ikili standartlarla münaqişəyə yanaşmaları uzun illər 1 milyondan artıq azərbaycanlının öz dədə baba torpaqlarına əngəl olaraq qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti sayəsində axır ki, ədalət öz yerini tapmışdır. 44 günlük müharibə ərzində Azərbaycan ordusu işğalçı Ermənistanı qovaraq, tormaqlarımızdan çıxarmışdır.

Bölgəmizdə ədalətin bərpasına heç bir töhfə verməyən erməni havadarları bu gün də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Erməniləri yenidən hansı yolla olursa olsun yenidən Azərbaycanın üzərinə qısqırmağa çalışırlar. Bu sırada özünü demokratiya carçısı kimi aparan Fransanın adı yenə də birincidir. Fransa prezidenti Emmanuel Makron həyasızcasına müsahibələr verərək ermənipərəst olduğunu nümayiş etdirir. Ermənilərin Qarabağda qanunsuz , qəddar , separatist fəallığına şərait yaratmağa çalışırlar. Ancaq bunun həyata keçirilməsi bədxah ermənilərin və ermənipərəstlərin gözündə qalacaq, heç vaxt pisniyyətlərinin həyata keçirə bilməyəcəklər. Çünki, burada artıq öz süverenliyinə sahib ola biləcək Azərbaycan dövləti, onun prezidenti və ordusu var.

Fransanın ermənilərə sahib çıxması siyasəti sayəsində İaranın da bölgədə fəallaşması təsadüfi deyil. Rusiyanında bölgədəki son destruktiv əməllərinin baş qaldırması da Fransa barmağının çirin siyasətlə məşğul olduğunu göstərir. Gəlin görək ,Fransa bu qədər bölgədəki proseslərə qarışmaqla , işğalçını yeni separatizmə, müharibəyə sövq etməklə hansı haqqa sahibdir.

Fransa senatının bu günlərdə, 15 noyabr 2022-ci il tarixində qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.

Fransanın bəşəriyyətin yaddaşında qara ləkəyə çevrilən əməlləri, Əlcəzairdə törətdiyi əməllər belə deməyə əsas verir ki, bu ölkənin siyasətini yönəldənlər Azərbaycan – erməni xalqlarının marağına xidmət edən, Qafqaza sülhün gəlişinə töhfə verə bilməzlər. Onlar məkrli siyasəti özlərinin dövlətçilik  adətinə çevirməklə bölgədəki xalqların əminamanlığına yenidən təhlükə yaradırlar.

Fransanın məkrli siyasəti tam əminliklə qınanmalı və bölgədəki fəaliyyətinə imkan verilməməlidir. Fransanın Azərbaycana qarşı məkrli siyasətinə son qoyulmalıdır.

Musa Muradlı- Ekoloji İnformasiya İB-nin sədri