08 Sentyabr 2024

“Formula 1”: Bakıdakı ilk sərbəst yürüşü Ferstappen qazandı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

“Report”un məlumatına görə, “Red Bull” pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

“Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns müqafiq olaraq 2-3-cü yerləri tutub.

“Mercedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yerlə kifayətlənib.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

İyunun 5-də “Formula 1″də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.