08 Sentyabr 2024

“Formula -1” Azərbaycan Qran-Prisində sıralama turu başa çatdı – Monako birinci oldu

“Formula -1” Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.


Media1.az xəbər verir ki, sıralama turunu Monako təmsilçisi Şarl Lekler 1:41:218 nəticə ilə birinci başa vurub.

Böyük Britaniya pilotu Luis Hemilton ikinci, Hollandiya pilotu Max Verstappen isə üçüncü olub.

Qeyd edək ki, əsas yarış sabah saat 16:00-da baş tutacaq. “Formula 1” Azərbaycan Qran-Prisinin qalibləri bəlli olacaq.