Fermerlərimizə ekoloji təmiz məhsul istehsalı təşviq olunacaq
![](https://media1.az/wp-content/uploads/2023/07/ekoloji-məhsul2-1024x1448.jpg)
“Ekoloji informasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği” adlı maarifləndirmə layihəsinin icrasına başlayıb.
3 ay müddətində (1 iyul – 30 sentyabr 2023-cü il) Ağdam,Ağcabədi,Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda yaşayan istehsalçı fermerlərə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsal olunan məhsulların istehlakçılara çatdırılmasında sağlamlıq amilinin əsas götürülməsi təşviq olunur. Bunun üçün də istehsalçıların ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsində nəzəri biliklərinin artırılması əsas götürülür.
Layihə çərçivəsində Ağdam,Ağcabədi,Bərdə və Tərtər rayonlarının fermerləri ilə görüşlər təşkil ediləcək. Mütəxəsis ekspertin mühazirələri əsasında seminarlar təşkil ediləcək.Hər rayonda 30 nəfər fermer olmaqla ümumilikdə 120 nəfər fermerə ekoloji təmiz məhsul istehsalının genişləndirilməsi barədə söhbətlər aparılacaq, fermerlərin bu sahədə məlumatlılığının artırılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində rayon İcra hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentiyinin yerli təşkilatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi, habelə yaxın QHT-lərlə əməkdaşlıq məqsədəuyğun hesab olunur
Ekoloji İnformasiya İctimai Birliyinin informasiya şöbəsi