22 Dekabr 2024

“Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp layihəsi çərçivəsində seminar təşkil edilmişdir

   Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir.

    Layihə çərçivəsində 14-15-16 fevral 2024- cü ildə Beyləqan, Füzuli və  Tərtər rayonlarında  gənclərn iştirakı ilə  ətraf mühit, yaşıl dünya və ekoloji problemlər mövzusunda  seminar təşkil edilib. Ətraf mühitin qorunması istiqamətində  fəaliyyətlərə dəstək məqsədilə keçirilən seminar interaktiv formada keçirilib.

   Seminarlarda müvafiq rayon icra hakimiyyətinin əməkdaşları, rayon gənclər və idman sektorlarının əməkdaşları,  layihə heyəti,  ETSN 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev   iştirak edərək, həyata keçirilən tədbirin əhəmiyyətini qeyd etmiş,   iştirakçılarla  mövzu ətrafında maraqlı müzakirələr aparılıb. 

Eyni zamanda  seminarda  layihə rəhbəri Zaur Quliyev tərəfindən 20 nəfər yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonunda 23-24-25 fevral 2024- cü ildə  həyata keçiriləcək düşərgə haqqında da təqdimat etmiş, məlumatlandırma  həyata keçirilib.

 Bildirilibki, düşərgənin keçirilməsində əsas məqsəd yeniyetmə gənclərin qış tətilini səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir. Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaq. Təlimlərdə biomüxtəliflik,  Azərbaycanın təbiətini kəşf edək, ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti, tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahətin təşviqi,  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və  sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti və  ətraf mühitin qorunması istiqamətində  gələcək fəaliyyətlər ilə bağlı müzakirələr ediləcəkdir.

 Seminarlar maraqlı müzakirələrlə davam edərək, xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.

 Qeyd edək ki, həyata keçiriləcək fəaliyyətlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dəstək xarakteri daşıyır.  

İctimaiyyətlə əlaqələr departamenti