“Ermənistanın Laçın yolunda təxribat törətmək istəyən agentlərini ömürlük həbs gözləyir” – “Pragma” İB sədri
“Ermənistan kəşfiyyatının rus sülhməramlılarına yaxınlaşan və cibində soyuq silah daşıyan bu agentləri Volkovdan xahiş və tələb edirlər ki, güclə də olsa Laçın yolunu açsın. Bu, beynəlxalq hüquq normalarının, Azərbaycan Respublikasının qanunlarının və nəhayət 10 noyabr 2020-ci ildə imzlanmış Üçtərəfli Bəyanatın tələblərinin kobudcasına pozulmasıdır, birbaşa cinayət məsuliyyəti yaradır”
Bu barədə “Pragma” İctimai Birliyinin sədri Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb.
Müəllif sözlərinə belə davam edib:
Əvvəla, Laçın yolu bağlı deyil. İstənilən beynəlxalq humanitar təşkilatın müvafiq yükləri və istənilən tibbi dəstəyə ehtiyacı olan mülki erməni yoldan istifadə edə bilər.
İkincisi, 30 il ərzində Xankəndidə qanunsuz rejim yaradan, beynəlxalq hüquqa tüpürüb Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın terrorçu agenturası hələ anlamayıb ki, heç bir sülhməramlı kontingentin mülki əhaliyə- Vətəndaş Cəmiyyəti fəallarına və media mənsublarına atəş açmaq, onlara qarşı dəyənəkdən, təzyiqli sudan və s. istifadə etmək hüququ yoxdur. RSK tərəfindən Azərbaycan vətəndaşlarına qarşı ən xırda səhvə yol verilsə, biletləri dərhal kəsilərək gəldikləri yerə göndəriləcəklər. Bu məsələdə heç bir güzəşt yoxdur.
Üçüncüsü, bu agent-terrorçular əllərində bir kağız gətiriblər ki, bəs, sən demə Arayiklə Ruben Qarabağda ekosistemi göz bəbəyi kimi qoruyurmuşlar. Bu sənədi soxmaq lazımdır onun gözünə və ya başqa yerinə ona görə ki, Qarabağ iqtisadi rayonunun hər bir qarışı Azərbaycan torpağıdır və bu torpaqlarda ancaq Azərbaycanın möhürü olan kağızlar sənəd qüvvəsindədir.
Nəhayət, Ermənistan kəşfiyyatının terrorçu agentləri RSK komandanı Volkova xəbər göndərir: “Mən DQR vətəndaşı olaraq…” Sadəcə, bu cümlə bəs edir ki, həmin şəxslərə Azərbaycan Respublikasının CM-nin 278.2 maddəsinə əsasən cinayət işi açılsın və onlar məhkəməyə çıxarılaraq on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılsınlar”.
Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyada iştirak etmiş QHT sədri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarından şəkildəki şəxslərin aşkarlanmasını və barələrdə cinayət işi açılmasını xahiş edib.
AzNews.az