22 Dekabr 2024

“Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi” – Paşinyandan İLK AÇIQLAMA

Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər”.

Media1.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib.

“İstəməzdim ki, baş verənlərə çox yüksək qiymət verək, amma lazımi qiymət verilməməsini də istəməzdim. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər”, – deyə Paşinyan qeyd edib.