24 İyun 2024

Ermənistan parlamentinin binasına tikanlı məftillər və xüsusi texnika gətirildi – VİDEO

Ermənistan polisi parlament binasına tikanlı məftillər və xüsusi texnika gətirib.

Media1.az  “News.am” -a istinadən bu barədə məlumat yayıb.

Polis rəisi Aram Hovhannisyan və müavinləri də parlament binası yaxınlığındakı etiraz meydanına gəliblər.

Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda respublika Milli Assambleyasının binasındadır. O, 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirədə iştirak edir.

Xatırladaq ki, bir gün əvvəl “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları iyunun 12-də saat 15:00-da Yerevanın Baqramyan prospektində toplaşmağa çağırıb.