20 İyul 2024

G7 Rusiyadan Ukraynaya 486 milyard dollar təzminat tələb edir

G7 ölkələri Rusiyadan Ukraynaya 486 milyard dollar təzminat ödəməyi tələb ediblər.

Media1.az xəbər verir ki, bu, klub üzvlərinin bəyanatında əksini tapıb.

Dünya Bankının hesablamalarına görə, Ukraynanı bərpa etmək üçün bu qədər pul lazım olacaq.

Bəyanatda həmçinin bildirilir ki, klub ölkələri Ukraynaya 50 milyard dollar məbləğində kredit verməyə hazırdır, bunun üçün ödənişlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən həyata keçiriləcək.

Sənəddə o da qeyd olunur ki, Rusiyanın Qərbdəki aktivləri münaqişə bitənə və göstərilən məbləğ Kiyevə ödənilənə qədər dondurulmuş vəziyyətdə qalacaq.