23 Dekabr 2024

Ermənistan ordusu Zəngəzurdan çıxarılır? İDDİA

“Sızdırılan məlumatlara görə, demarkasiya və delimitasiya prosesinə başlamaq üçün ilkin şərt ordunun Zəngəzur bölgəsindən çıxarılması, yəni Zəngəzurun demilitarizasiyasıdır”.

media1.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında demarkasiya və delimitasiya ilə bağlı imzalanacaq sənədin müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılaşma olacağını, danışıqlar zamanı mühüm məsələlərin müzakirə olunacağını bildirsə də, bəzi dairələr artıq sənədin bəndlərinin əsaslı məsələlərini müzakirə edirlər”, – deyə nəşr qeyd edib.

Xatırladaq ki, sabah – noyabrın 26-da Rusiyanın Soçi şəhərində üç ölkə lideri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan növbəti dəfə görüşəcək.