Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ VİDEO
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib, bu da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Azərbaycan ordusunun qətiyyətli tədbirləri nəticəsində düşmənin hücumunun qarşısı alınıb, canlı qüvvə və texnika itkisi verən Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib.
Erməni mediası və fəalları Ermənistan Silahlı Qüvvələrinin 20-yə qədər hərbçisinin öldürüldüyünü, 40-dan çoxunun yaralandığını iddia edirlər.
Hərbi qənimət kimi Ermənistan ordusunun xeyli sayda silahı – iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, tank əleyhinə və əl qumbaraları, patronlar və s. götürüb.
Ermənilərin dünən atıb qaçdıqları silah-sürsatın görüntülərini təqdim edirik: