Ərdoğan Azərbaycana gəlir – Tarix BƏLLİ OLDU

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli olub.
Media1.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, R.T.Ərdoğan iyunun 13-də Azərbaycana gələcək.
Türkiyə lideri bundan bir gün öncə, iyunun 12-də isə Şimali Kipr Türk Respublikasına səfər edəcək.