24 Dekabr 2024

Emilya Rəhimova:Uğurlu səfərlər ölkəmizin inkişafında da özünü göstərməkdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tiranada Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Daha sonra Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Albaniya Respublikasının Baş naziri Edi Rama tərəfindən nahar verilib.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı