Əliyev və Putin bu məsələləri MÜZAKİRƏ EDİBLƏR
Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərindən danışıb.
Media1.az xəbər verir ki, bu gün liderlər arasında telefon danışığı olub.
Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
Qeyd edək ki, Vladimir Putin dekabrın 24-də Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Vladimir Putin Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.