Ekoloji Bilik günündə ümummilli lider Heydər Əliyevin ekoloji siyasətinin Azərbaycana bəxş etdiyi töhfələrdən danışılıb
15 Aprel “Ekoloji Bilik Günü” ilə əlaqədar olaraq Bərdə Dövlət İdarərtmə və Texnologiya Kollecində “Ümummilli lider Heydər Əliyevin ekoloji siyasəti” mövzusunda tədbir keçirilib.
Media1.az ATVFM.LİVE -ə istinadən xəbər verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirilən ekoloji siyasətdən və əldə olunan nəticələrdən danışıb. Heydər Əliyevin təbiətə göstərdiyi həssas münasibəti vurğulayıb. Heydər Əliyevin ekoloji siyasətindən bəhs edən slayd nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının Bərdə təşkilatının sədri Yaşar zamanov, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rzaqulu Şərifov, Bərdə Regional Mədəniyyət İdarəsinin metodisti Aynur Qarayeva, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Əbülfəz Köçəriyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli liderin fəaliyyəti çoxşaxəli olub, bütün sahələrdə olduğu kimi ekologiya , ətraf mühitin qorunması və bərpası istiqamətində çoxsaylı işlər görülüb. Bütün sahələrdə müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycanın dövlət müstəqilliyi məhz dahi rəhbərin sayəsində əbədi və dönməz xarakter alıb.
Sonda qonaqlar üçün çay süfrəsi təşkil edilib. Ümummilli liderin adına tort kəsilib.