24 İyun 2024

Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü

Əhmədinejad prezident seçkilərində namizədliyini irəli sürüb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb. 

O, Seçki Qərargahına gələrək 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, Mahmud Əhmədinejad İranın 6-cı prezidenti olub.

Xatırladırıq ki, prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbindən İranda növbədənkənar prezident seçkiləri keçirilir. Hazırda namizədlərin qeydiyyata alınma mərhələsidir.