Əhməd bəy Ağaoğlu qızına niyə cəza verib?
“Mən qızımın cəzasını verdim.İndi də siz öz müəllimənizin cəzasını verin, hörmətli nazir!”
Ağaoğlu ailəsi Türkiyə Cümhuriyyətinin quruculuğunda və ictimai-siyasi həyatında mühüm rol oynaması heç kimə sirr deyil. Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsində, Ankara hüquq məktəbinin yaradılmasında ,Anadolu Ajansının qurulmasında müstəsna xidmətləri olmuşdur. Türk hüquq tarixinin ən maraqlı sahələrindən biri də məhz Əhməd bəy Ağaoğlunun qızı Sürayyə Ağaoğlunun adı ilə bağlıdır. Türkiyədə ilk təhsil alan hüquqşünas (advokat)qadın kimi adı Türkiyənin hüquq tarixinə qızıl həriflərlə yazılmışdır.
Sürayyə Ağaoğlu dostu lord Kinrossun tövsiyyəsi ilə qələmə aldığı “Bir ömürde böyle keçdi” adlı bioqrafik memuarında maraqlı həyat hekayələrindən biri də onun orta məktəbdə baş vermiş hadisə ilə bağlı atası, böyük mütəffəkir Əhməd bəy Ağaoğlunun münasibətidir.
Müəllim-şagird münasibətlərinin aktuallıq kəsb etdiyi bir vaxtda böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun bü məslələrə yanaşması maraq doğurur.
Sürayyə Ağaoğlu xatirələrində yazır:” Məktəbdə çox nadinc uşaq idim. Əksər hallarda evə yara-xora içində müdiriyyətin şikyət məktubları ilə gələrdəm. Dördüncü sinifdə oxuyanda Rəbiyyə adlı müəlliməm mənə hansısa səbəbdən “eşşək” dedi. “Eşşək sizsiniz” cavabını verdim. Məsələ böyüdü.Təhsil naziri Şükrü Saracoğlu o dövrdə deputat olan atam Əhməd bəy Ağaoğluya deyir:
– Qızın Sürayyə mühüm bir hadisəyə səbəb oldu, müəlliməsinə nalayiq sözlər demişdir-deyincə atam məndən izahat istədi.Danışdım və atamın bir şilləsini yedim. Sonra atam Təhsil Nazirinə:
-Bir müəllimənin şagirdinə eşşək deməsi yaxşı hal deyil.Mən qızımın cəzasını verdim, indi də siz müəllimənizin cəzasını verin,-demişdir.
Səməd Vəkilov, Hüquqşünas