Ədliyyə Nazirliyi Rasim Balayevin sədrliyini təsdiqlədi
Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.
Media1.az-ın xəbərinə görə, bu barədə ittifaq məlumat yayıb.
Bildirilib ki, İdarə Heyətinin üzvləri aşağıdakı kimidir: Anar Rzayev, Rasim Balayev, Firəngiz Qurbanova, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Ziya Şıxlinski, Əsəd Əsədov, Nazim Abbas, Tahir Tahiroviç, Həmidə Ömərova, Şükufə Yusupova, Lalə Əfəndiyev, Mibala Səlimli, Cavid İmamverdiyev, Məbud Məhərrəmov, Qulu Məhərrəmli, Nadir Bədəlov və Rövşən İsax.
Yaxın günlərdə İdarə Heyərinin yığışaraq katibliyin tərkibini müəyyən edəcəyi vurğulanıb.