Dünyanın ən məşhur silsilə qatili: Andrey Çikatilo

“Mən təbiətin bir xəstəsiyəm, dəli heyvanam, etdiklərimi cinsi təmin üçün deyil, daxili rahatlıq tapmaq üçün həyata keçirtdim”. Bu sözlər dünyanın ən məşhur silsilə qətllərini törətmiş Andrey Çikatiloya aiddir.
Andrey Çikatilo 1936-cı ildə Ukraynada dünyaya gəlib. O dövrdə Ukrayna böyük aclıq və səfalətlə mübarizə aparırdı. Məktəbin ilk illərində olduqca sakit, yolagedən uşaq olan Andrey dərslərində də uğur qazanıb. Həmin illərdə o, anası tərəfindən daima təhqirlər eşidib, döyülüb, atası isə sovet ordusunun tərkibində müharibədə iştirak edib. Bu hadisələr onu özünə qapanan uşaq edib. Andrey yeniyetmə yaşlarında yeni problemlərlə üzləşib. Xüsusilə insanlarla ünsiyət qurmağa çətinlik çəkib.
Yeniyetməlik illərində o, cinsi zəifliyinin fərqinə varıb. İlk ciddi münasibətində cinsi problemi sevgilisi ilə münasibətinin korlanmasına səbəb olub. Bundan sonra onun özünə inamı daha da sarsılıb hətta intihara cəhd edib. Anası və qonşuları onu ölümdən son anda xilas ediblər.
Andrey 27 yaşında evlənib və 2 övladı dünyaya gəlib. Rostov Univesitetinə qəbul olub və uğurla universiteti başa vurub. Universiteti bitirdikdən sonra o, rus dili və ədəbiyyatını tədris etməyə başlayıb. Müəllimliyə başlamasından 3 ay sonra azyaşlı qıza qarşı cinsi istismar səbəbindən işdən qovulub. Bundan sonra Andrey ailəsi ilə başqa şəhərə köçüb və başqa məktəbdə işə başlayıb.

Andrey ilk cinayətini 22 dekabr 1978-ci ildə həyata keçirib. Həmin tarixdə o, 9 yaşlı Yelena Zakotnovanı öldürüb. Konfet vermək bəhanəsilə aldatdığı qıza təcavüz etmək istəsə də, cinsi zəifliyi səbəbindən bu niyyətini həyata keçirə bilməyən Andrey qızı öldürüb. İllər sonra həbs olunarkən bu cinayətdən danışan Andrey azyaşlı qızı parçalara ayıranda böyük həzz yaşadığını, həmin an sanki zəncirlərdən xilas olduğunu bildirib.
Onun cinayət planları çox zaman bənzər olub. Onun qurbanlarını əsasən evsizlər, azyaşlılar və eskort qadınlar təşkil edib. O, qurbanlarını yaxşınlıqdakı meşəyə aparıb və bıçaqla öldürüb. Cəsədlər üzərində aparılan incələmələrdən sonra onun qurbanlarının gözlərini, bəzən isə daxili orqanlarını çıxardığı məlum olub. Üstəlik, bu işgəncəni qurbanlara sağkən verib. Məlum olub ki, qatil qurbanlarının daxili orqanlarını yeyirmiş.

1990-cı il, noyabrın 6-da meşədə qurbanını qəddarca öldürən Andrey qayıdarkən polislər ondan şübhələnib. Polislər Andreyin 54 yaşlı, 2 övlad sahibi, ali təhsilli olduğunu görüb onu sərbəst buraxıblar. Üstəlik yaşadığı yer və yaşam tərzi də onu “şübhəli şəxs” kimi görünməkdən xilas edib.
Səhəri gün həmin ərazidə bir qız uşağının cəsədi tapılıb. Elə həmin cinayətə görə Andrey noyabrın 21-də saxlanılıb. 10 gün davam edən dindirilmədən sonra o, 34 məlum, 22 naməlum cinayətini etiraf edib. Lakin cəsədlərdən 3-ü tapılmayıb. O, qurbnlarına verdiyi işgəncələri etiraf və təsvir edib.
O, 1992-ci ildə 56 nəfəri öldürmək, saysız cinsi istismardan güllələnmə cəzasına məhkum edilib.
Musavat.com