08 Sentyabr 2024

Dünyanın ən böyük aysberqi parçalara ayrıldı- Foto

Bir zamanlar dünyanın ən böyük aysberqi hesab edilən A68 aysberqi xırda hissələrə ayrılaraq əriyib.

Media1.az Musavat.com-a istinadən bildirir ki, A68 aysberqi demək olar ki, artıq yoxdur.
Aysberq 2017-ci ilin iyul ayında Antarktika sərhədindəki Larsen C Kontinental Şelfindən ölçüsü 175 x 50 km, orta qalınlığı 190 m, kütləsi 1 trilyon ton idi.

ABŞ Milli Buz Agentliyi peykdən çəkilən fotoları yayıb və aysberqin saysız-hesabsız daha kiçik parçalara bölündüyünü, artıq görünmədiyini açıqlayıb.

Aysberq dağıldıqdan sonra cərəyanlar və güclü küləklər sürətlə şimala axın etməyə başlayıb.

Bir çox mütəxəssislər A68 aysberqinin “təbii proses” nəticəsində əridiyini, insanın yaratdığı iqlim böhranı ilə birbaşa əlaqəli olmadığını düşünürlər.