23 Dekabr 2024

Dünya Taekvondo Federasiyası Putinin fəxri qara kəmərini geri götürüb

Dünya Taekvondo 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinə verilmiş fəxri 9-cu dan qara kəməri geri götürüb.

Bu barədə federasiyanın rəsmi saytı xəbər verib.

Həmçinin bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə həmrəylik çərçivəsində Federasiyanın təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya və Belarusun dövlət bayraqları və himnlərindən istifadə edilməyəcək, bu dövlətlərin ərazisində beynəlxalq yarışlar keçirilməyəcək.

Mənbə: “RİA Novosti”