22 Noyabr 2024

Dünya fəlakətin kandarında: nüvə bombasını ilk kim ata bilər – Conson, yoxsa Putin?

Britaniyanın baş naziri Rusiyaya ultimativ mesaj çatdırıb ki, təkbaşına nüvə savaşı açmağa hazırdır; Qabil Hüseynli: “Qərb ölkələri iki dəqiqə irəlidədir, əgər Rusiya bu fikrə düşsə…”

Qərb cəbhəsi ilə Rusiya arasında nüvə silahından istifadə ilə bağlı “əzələ nümayişi” davam etməkdədir. Tərəflər bir-birini nüvə başlıqlı ağır silahların atılması ilə təhdid etməyə çalışırlar. “Yeni Müsavat” xəbər verir ki, ötən həftənin sonu Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyaya ultimativ şəkildə belə bir mesaj çatdırıb. Conson hesab edir ki, Rusiya daha heç kimi təhdid edə bilməz. Sitat: “Biz hər şeyə hazırıq. Putin diktaturası və rus imperalizmi mütləq dəfn ediləcək. Rusiya kütləvi qırğın silahlarından istifadə edərsə, Böyük Britaniya müharibəyə qoşulacaq. Hətta bunun üçün müttəfiqlərimizlə belə məsləhətləşməyə ehtiyac qalmayacaq”.

B.Conson açıq mətnlə bildirib ki, Britaniya təkbaşına Rusiyaya nüvə savaşı açmağa hazırdır. Analitiklərin bəzilərinin fikrincə, Britaniya liderinin açıqlaması sülh perspektivini kölgələməklə yanaşı, Rusiyanı provokasiyaya çəkməyə yönəlib. Bəs nüvə müharibəsi başlasa, Rusiyanı dərhal məğlub etmək, əl-qolunu bağlamaq mümkün olacaqmı? Çünki nüvə müharibəsinin qalibi olmur və bütün bəşəriyyət uduzar. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə deyib ki, nüvə silahının tətbiqi təkcə Ukrayna və dünya üçün fəlakət olmayacaq: “Mütləq şəkildə Putinin özü və Rusiya üçün də katastrofik nəticələrə səbəb olacaq. Biz və transatlantik birliyin digər üzvləri Putinə təkidlə bu siqnalı çatdırırıq”. Bizim mütəxəssislər, analitiklər necə düşünürlər? Nüvə silahına son anda əl atıla bilərmi? Bunu Qərb, yoxsa Rusiya ilk tətbiq etməyə hazırdır? Yoxsa bu cür bəyanatlar blefdən ibarətdir? Doğrudanmı belə bir başıpozuq qərar verilməsi mümkündür?

Conson: ““Brexit”lə bağlı ticarət razılaşmasında hər hansı bir nəticəyə  gəlmək çox çətin görünür”

Ümumiyyətlə, nüvə silahı artıq 80 ildir ki, mövcuddur və bir çox ölkələr onu çəkindirmə aləti və öz milli təhlükəsizliklərinin təminatı olaraq görür. Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir. Yerdə qalan təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digərləri daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Bütün bunlar o demək deyil ki, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı, sadəcə olaraq, bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreyadır.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, hələ tərəflər “əzələ nümayişi” göstərir, bir-birinə xox gəlməkdədir. “Mənim informasiyalarım göstərir ki, Rusiyanın nüvə müharibəsində qalib gəlmək və Qərbə zərər vurmaq şansı yoxdur. Amma Britaniya təkbaşına Rusiyanı yer üzündən süpürüb ata bilər. Mən hələ Amerikanı demirəm. Çünki nüvə müharibəsində önləyici amil var. Bu qabaqlayıcı məsələdə Qərb ölkələri Rusiyadan iki dəqiqə irəlidədir. Ona görə Rusiya bu fikrə düşsə, iki dəqiqə əvvəl ABŞ və Qərb dövlətləri məlumatlı olur, Rusiyanın komanda məntəqələrini, siyasi rəhbərliyini, iri şəhərlərini vurub sıradan çıxara bilir”.

Q.Hüseynlinin sözlərinə görə, bu səbəbdən əksər ekspertlər Qərbin üstünlüyünü qeyd edirlər: “Burada qorxulu cəhət ondan ibarətdir ki, atılan nüvə silahları Yer kürəsini öz orbitindən çıxara bilər. Bu da nə Qərbə, nə Rusiyaya lazımdır. Çünki bütün fauna-flora məhv olacaq, iqlim dəyişikliyi baş verəcək. Hələ nüvə radiasiyasını heç demirəm, bu fəlakətin fonunda radiasiyanın miqyası kiçik faciə kimi görünəcək. Ona görə nüvədən istifadə ilə bəşəriyyətin salamat qalması imkanları ya yoxdur, ya da minimaldır”.