Dünya çempionatı: Finalçılar məlum oldu

Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib.
“Report”un məlumatına görə, həlledici görüşdə Danimarka və İsveç yığmaları üz-üzə gələcək. Oyun yanvarın 31-də keçiriləcək.
Qeyd edək ki, yarımfinalda Danimarka İspaniyanı 35:33, İsveç isə Fransanı 32:26 hesabı ilə yenib.